ELM VƏ TƏHSİL
“HEYDƏR ƏLİYEV UNİVERSİTETİ”NİN NÖVBƏTİ MƏŞĞƏLƏSİ
Mingəçevirdə fəaliyyət göstərən “Heydər Əliyev Universiteti”nin növbəti məşğələsi olmuşdur.
Universitetin rektoru Məhəbbət Qarabağlı “İlham Əliyevin Baş nazir təyin edilməsi Heydər Əliyev ideyalarının və siyasi kursunun tam qələbəsinə etibarlı təminat, müstəqil dövlət quruculuğunda yeni mərhələdir” mövzuda məruzə etmişdir.
500 dinləyicinin iştirak etdiyi məşğələdə çıxış edən şəhər ictimaiyyətinin nümayəndələri respublikamızda bərqərar olmuş ictimai-siyasi sabitliyin, sosial-iqtisadi tərəqqinin, sivil dünya birliyinə inteqrasiya xəttinin cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdiriləcəyinə inandıqlarını, qarşıdan gələn Prezident seçkilərində onun şəksiz qələbəsinə hərtərəfli yardımçı olacaqlarını bildirmişlər.