HEYDƏR MƏSCİDİNDƏ İFTAR MƏRASİMİ
AZƏRTAC-ın müxbiri xəbər verir ki, Mingəçevirdə müstəqil Azərbaycan dövlətinin qurucusu, milli lider Heydər Əliyevin şərəfinə ucaldılmış Heydər məscidində müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimi keçirilmişdir. Dini ayinlər icra edilmiş, Qurani-Kərimdən ayələr oxunmuşdur. Şirvan bölgəsi üzrə qazi Hacı Xanəli və şəhər icra hakimiyyətinin başçısı Məhəbbət Qarabağlı ölkəmizdə milli-mənəvi və islami dəyərlərin qorunub saxlanmasına və inkişafına göstərilən dövlət qayğısından danışmış, dindarları əziz günlər münasibətilə təbrik etmişlər. Möminlər Azərbaycan Prezidenti İlham Əliyevin seçki ərəfəsində xalqımızın ulu inanc yerləri olan ibadətgahları ziyarət etməsini yüksək qiymətləndirmişlər.
On iki şəhər və rayon dindarlarının iştirak etdiyi mərasimin sonunda ilk dəfə oruc tutanlara Quran nüsxələri bağışlanmış, imkansız ailələrə yardımlar paylanmışdır.