REGİONLAR
HEYVANDARLIQ İNKİŞAF EDİR
Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-ın müxbirinə demişlər ki, sahənin inkişafı malqaranın cins tərkibinin yaxşılaşdırılması məhsuldarlığın yüksəldilməsindən çox asılıdır. Buna nail olmaq üçün Niderland hökuməti ilə əlaqə yaradılmış və təsərrüfatlardakı inəklərin yüksək məhsuldar törədici toxumu ilə süni mayalandırılmasına diqqət artırılmışdır. Bu məqsədlə Azərbaycan Elmi Tədqiqat Heyvandarlıq İnstitutunun nəzdində süni mayalandırma operatorları kursu fəaliyyət göstərir. İndiyədək bu kursu 40-a yaxın operator bitirmişdir. Onların fəaliyyəti sayəsində Abşeron, Şamaxı, İsmayıllı, Göyçay, Xanlar, Salyan, Zaqatala, Balakən, Sabirabad və Xaçmaz rayonlarında süni mayalandırılmış 1704 baş inəkdən 9000 sağlam buzov əldə edilmişdir.
Nazirliyin mütəxəssisləri qabaqcıl təcrübəni öyrənib yaymaq məqsədilə fermerlərlə birlikdə Misir, İsrail, Niderland, İran, Türkiyə, Almaniya, Macarıstan və s. ölkələrdə olmuşlar.