İQTİSADİYYAT
HİNDİSTANDA XOCALI SOYQIRIMI İLƏ BAĞLI TƏDBİRLƏR KEÇİRİLMİŞDİR
Tədbir iştirakçıları, əvvəlcə, erməni vəhşiliklərini əks etdirən fotosərgiyə baxmışlar. Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra qonaqlara Ermənistanın Azərbaycana təcavüzü, onun acı nəticələri, işğal edilmiş ərazilərdə həyata keçirilmiş etnik təmizləmə siyasəti, erməni terroru, Xocalıda törədilmiş cinayətlər haqqında məlumat verilmiş, qeyd olunanlarla bağlı jurnalistlərə məlumatlar paylanmışdır.
Bundan əlavə, ölkənin Uttar-Pradeş ştatındakı Aliqarx Müsəlman Universitetinin (1870-ci ildə yaradılmış bu təhsil ocağı dünyada ikinci ən böyük islam universitetidir) təşkil etdiyi “Qrupların hüquqları, hüquqi zəmanət: Müasir çağırışlar” konfransında Ermənistanın Azərbaycana təcavüzü və xalqımıza qarşı törədilmiş cinayətlər, o cümlədən Xocalı soyqırımı barədə ətraflı məlumat verilmişdir. Konfransda, həmçinin “Azərbaycanda insan hüquqları” mövzusunda məruzə dinlənilmişdir.