İQTİSADİYYAT
HOLLANDİYADA XOCALI SOYQIRIMININ 14-CÜ İLDÖNÜMÜ İLƏ BAĞLI İZDİHAMLI MİTİNQ KEÇİRİLMİŞDİR
Ölkəmizin üçrəngli bayrağının, “Xocalıların qanı yerdə qalmamalıdır!”, “Ermənilərə ar olsun!” və digər şüarlar yazılmış plakatların nümayiş etdirildiyi mitinqdə Xocalı şəhərinə soxulmuş erməni təcavüzkarlarının dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərdən danışılmış, insan hüquqlarının müdafiəçisi kimi çıxış edən Avropa ölkələri, beynəlxalq təşkilatlar bu soyqırıma göz yumduqlarına görə qınanmışdır. Natiqlər Haaqa Beynəlxalq Məhkəməsindən bu faciədə əli olanların cəzalandırılmasını tələb etmişlər.
Hollandiya parlamentinin türk deputatlarının, Haaqa ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi mitinqdə Türk-Azərbaycan Mədəniyyət Dərnəyinin Xocalı soyqırımı ilə əlaqədar hazırladığı məlumatlar paylanmışdır.
Sonda Haaqa Beynəlxalq Məhkəməsinə müraciət qəbul edilmişdir.