CƏMİYYƏT


Hacıqabul və Xəzər rayonlarında oğurluqla məşğul olan şəxslərlə bağlı təhqiqat aparılır

Bakı, 18 sentyabr, AZƏRTAC

Hacıqabul və Xəzər rayonlarında oğurluqla məşğul olan şəxslər tutulublar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 17-də Hacıqabul şəhəri ərazisində Ucar rayon sakini Ə.Səmədovun içərisində 236 manat və sənəd olan pulqabısını oğurlamaqda şübhəli bilinən Tərtər rayon sakini E.İsmayılov Hacıqabul Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Martın 30-dan iyunun 16-dək olan müddətdə Xəzər rayonu ərazisindəki bir yardımçı təsərrüfatdan 15 ev quşu, 1 mağazadan isə 100 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.İsmayılov isə Xəzər Rayon Polis İdarəsinin 3-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub.

Hər iki faktla bağlı təhqiqat aparılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.