İDMAN


Həbib Nurməhəmmədov Castin Getji ilə döyüşə hazırlaşmaq üçün BƏƏ-yə gedib

Bakı, 11 sentyabr, AZƏRTAC 

Mütləq Döyüş Çempionatının yüngül çəkidə çempionu rusiyalı Həbib Nurməhəmmədov amerikalı döyüşçü Castin Getji ilə döyüşdən əvvəl təlim-məşq toplanışı keçmək üçün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) gedib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə rusiyalı idmançının komandası məlumat verib.

Döyüş oktyabrın 24-də Əbu-Dabidə baş tutacaq.

H.Nurməhəmmədov sonuncu döyüşünü 2019-cu ilin sentyabrında amerikalı Dastin Poryeyə qarşı keçirib və titulunu qoruyub. Yüngül çəkidə UFC-nin müvəqqəti çempionu C.Getji bu ilin mayında amerikalı Toni Ferqyusonu texniki nokautla məğlub edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.