İDMAN
Həbib Nurməhəmmədov karyerasını 100 milyon dollara bərpa edə bilər
Bakı, 2 dekabr, AZƏRTAC
Mütləq Döyüş Çempionatının (UFC) yüngül çəkidə çempionu rusiyalı Həbib Nurməhəmmədov karyerasını 100 milyon dollara bərpa edə biləcəyini düşündüyünü deyib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, döyüşçü bu barədə mətbuat konfransında bildirib.
O, qeyd edib ki, UFC prezidenti Dana Uayt karyeramı davam etdirmək üçün böyük ehtimalla mənə pul təklif edəcək: “Əgər bu məbləğ 100 milyon dollar olacaqsa, düşünürəm ki, həlli mümkün problem olacaq. Görək nə təklif ediləcək”.
Qeyd edək ki, 2018-ci ilin aprelində rusiyalı idmançı amerikalı El Yakvinta ilə döyüşdə çempion kəmərini qazanıb və o vaxtdan bəri kəməri özündə saxlayır. Otuz iki yaşlı döyüş ustası indiyədək 29 döyüş keçirib və hamısında qalib gəlib.