DÜNYA


Hər il sökülən və yenidən qurulan bambuk körpü

Bakı, 23 aprel, AZƏRTAC

Kambocada tamamilə bambukdan tikilmiş məşhur 300 metrlik körpü Ko-Pen adasını və Kampong-Çam şəhərini birləşdirir.

AZƏRTAC xarici saytlara istinadla xəbər verir ki, yerli əhalinin bir ənənəsi var - hər il yağışlı mövsümdən əvvəl 50 min bambuk çubuğundan ibarət körpü sökülüb yenidən tikilir. Möcüzə körpüsü ilə təkcə piyadalar deyil, həm də velosipedlər, mopedlər və hətta avtomobillər də hərəkət edir.

Ancaq yağışlı mövsümdən əvvəl (maydan noyabra qədər) yerli sakinlər körpünü sökür və bütün bambukları gələn ilə qədər saxlayırlar. Sonra struktur yenidən qurulur. Körpüdən keçid pulludur - yerli sakinlər üçün keçid bir neçə sentə başa gəlir, turistlərdən isə daha çox pul alınır - təxminən bir dollar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.