Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Afinada keçirilən konsertdə Azərbaycan musiqisi yunan tamaşaçıları valeh etmişdir VİDEO

Afina, 7 iyun (AZƏRTAC). Milli mədəniyyətimizin inkişaf etdirilməsi və dünyaya tanıdılmasında Heydər Əliyev Fondu misilsiz xidmətlər göstərir. Beynəlxalq aləmdə geniş nüfuza malik Fond mütəmadi olaraq fəaliyyət dairəsini genişləndirir və dünyanın müxtəlif ölkələrində Azərbaycan mədəniyyətini təbliği ilə bağlı tədbirlər keçirir.

Bu qəbildən növbəti layihə Avropa mədəniyyətinin və ümumiyyətlə, Qərb sivilizasiyasının beşiyi hesab olunan Yunanıstanda reallaşdırılmışdır.

Azərbaycanın Yunanıstandakı səfirliyinin dəstəyi ilə iyunun 6-da Afinanın “Meqaro Muzikis” Mədəniyyət Kompleksində Qara Qarayev adına Azərbaycan Dövlət kamera orkestri geniş konsert proqramı ilə çıxış etmişdir.

Konsertdən öncə afinalıların haqlı olaraq “mədəniyyət məbədi” adlandırdıqları və şəhərin ən böyük musiqi kompleksi olan “Meqaro Muzikis”də əsl bayram ab-havası hökm sürürdü.

Konsertdə Yunanıstanın dövlət və hökumət nümayəndələri, Afinada akkreditə olunmuş diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin nümayəndələri və musiqisevərlər iştirak etmişlər.

Azərbaycanın Yunanıstandakı səfiri Rəhman Mustafayev konsertdən əvvəl çıxış edərək, iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin müxtəlif sahələrdə getdikcə gücləndiyini qeyd etmişdir.

Diplomat vurğulamışdır ki, tarix, mədəniyyət və adət-ənənələrə olan qarşılıqlı hörmət və marağı nəzərə alaraq Yunanıstanda Azərbaycan mədəniyyətini təbliğ edən tədbirlərə geniş yer verilir.

Qeyd edilmişdir ki, bu konsert son dörd ildə sayca doqquzuncu mədəniyyət tədbiridir və yunanların Azərbaycan incəsənətinə getdikcə artan marağı nəzərə alınaraq, bu silsilədən olan layihələr gələcəkdə də daha geniş formatda davam etdiriləcəkdir.

Heydər Əliyev Fondunun çoxşaxəli fəaliyyətindən söz açan səfir Fondun Afinadakı tədbirin reallaşdırılması üçün göstərdiyi dəstəyi məmnunluqla qeyd etmişdir.

“Azərbaycan musiqisi mövsümü”nün ilk tədbirinin geniş informasiya dəstəyi ilə gerçəkləşdiyini diqqətə çatdıran diplomat bildirmişdir ki, xüsusi informasiya bazasında yaradılmış www.azerbaijani-culture.gr saytı Heydər Əliyev Fondu və onun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın fəaliyyətini, eləcə də Yunanıstanda nəzərdə tutulan silsilə tədbirləri geniş işıqlandırmaq məqsədi daşıyır.

Sonra Xalq Artisti Teymur Göyçəyevin dirijorluğu ilə Azərbaycan musiqiçiləri konsert proqramı ilə çıxış etmişlər.

Klassik musiqi axşamında Azərbaycanın böyük bəstəkarları -Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev, Cahangir Cahangirov, Niyazi və Vaqif Mustafazadənin əsərləri ilə yanaşı, Astor Piatsolla, Pablo de Sarasate, Ernesto de Kurtis kimi dünya şöhrətli musiqiçilərin əsərləri də səsləndirilmişdir. Tarzən Şəhriyar İmanovun Azərbaycan muğamları və yunan xalqının ən sevimli “Sertaki” rəqsinin sintezindən ibarət kompozisiyası tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılanmışdır.

Konsertdə xanəndələr Arzu Əliyeva, Məftun Səfərli muğamlarımızı, Azər Rzayev (tenor) Azərbaycan və Avropa bəstəkarlarının əsərlərini ifa etmişlər. Orkestrin müşayiəti ilə Murad Adıgözəlzadə (fortepiano), Elvin Qəniyev (skripka), Nicat Məsimov (balaban), Elçin Şirinov (fortepiano) və Şəhriyar İmanov (tar) tərəfindən həm milli, həm də xarici musiqi əsərləri yüksək texnika və məharətlə səsləndirilmişdir.

Konsertdən sonra qonaqlar Heydər Əliyev Fondu tərəfindən son illərdə çap olunmuş müxtəlif nəşrlərlə tanış olmuşlar. Qədim və zəngin Azərbaycan mədəniyyətindən bəhs edən nəşrlər sırasında Azərbaycan Milli İncəsənət Muzeyinə, musiqi alətlərinə, əlyazmalara, xalq tətbiqi sənətinin müxtəlif növlərinə həsr olunmuş kitablar, pop, caz, muğam və klassik musiqilərdən ibarət disklər, eləcə də böyük mütəfəkkirlərimiz Nizami Gəncəvi və Məhsəti Gəncəvinin əsərləri tədbir iştirakçılarına təqdim olunmuşdur.

Sonda qonaqlara ziyafət verilmişdir.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Afina

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Afinada keçirilən konsertdə Azərbaycan musiqisi yunan tamaşaçıları valeh etmişdir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək