Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus unikal musiqi alətlərinin sərgisi açılıb VİDEO

Bakı, 18 sentyabr, AZƏRTAC

Sentyabrın 17-də Heydər Əliyev Mərkəzində “Musiqi alətləri: birlik və müxtəliflik” sərgisinin açılış mərasimi keçirilib.

                      Azərbaycan xalqının mədəni həyatında mühüm hadisə

AZƏRTAC xəbər verir ki, mərasimdə Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti, professor Siyavuş Kərimi Milli Musiqi Günü ərəfəsində açılan sərginin əhəmiyyətindən danışıb. Xalq artisti Azərbaycan milli musiqi alətlərinə təcavüz, aqressiya hallarının müşahidə edildiyi bir zamanda belə sərginin təşkilinin çox önəmli olduğunu bildirib.

“Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək istiqamətində belə işləri daim görməliyik. Sərginin əhatəli şəkildə təşkili valehedicidir. Düşünürəm ki, sərginin bundan sonra da gələcəyi var və o, daha da böyüməli, genişlənməlidir. Heydər Əliyev Mərkəzində gələn qonaqlar üçün Azərbaycan mədəniyyətinə, ümumiyyətlə, Şərq mədəniyyətinə aid musiqi alətlərinin sərgilənməsi çox maraqlı haldır və bunlar hamısı bizim böyük təbliğatımızdır”, - deyən Siyavuş Kərimi sərginin hər kəsin xoşuna gələcəyinə əminliyini bildirib.

Xalq artisti, tarzən, professor Ramiz Quliyev bu möhtəşəm sərginin təşkilini Azərbaycan xalqının mədəni həyatında mühüm hadisə kimi dəyərləndirib. “Sərgidə yer alan Azərbaycan milli musiqi alətləri xalqımızın sərvətidir. Azərbaycan musiqi alətlərinin tarixi eramızdan əvvəlki dövrə gedib çıxır. Bu gün beynəlxalq səviyyədə musiqi alətlərinin nümayişi dünyaya səs salacaq. Sərgi Azərbaycan xalqının, musiqi mədəniyyətinin gözəl səsini dünyaya çatdıracaq. Fəxr edirik ki, Azərbaycan xalqı musiqi sənətini, musiqi alətlərini qoruyur. Eyni zamanda, çox sevinirik ki, dövlət Azərbaycan xalqının musiqi mədəniyyətini qoruyur. Sərgi dövlətimizin Azərbaycan muğamına, musiqisinə diqqət və qayğısına bariz nümunədir. Ruhu oxşayan böyük bir iş görülüb”, - deyən Ramiz Quliyev ulu öndər Heydər Əliyevin Azərbaycan mədəniyyətinə göstərdiyi diqqət və qayğının Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini, ölkədə yaradılmış multikultural mühiti vurğulayıb. Azərbaycan xalqının tar, kamança, saz sənətinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti sayəsində UNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini vurğulayan Ramiz Quliyev sərginin təşkilinə görə sənət dostları adından Heydər Əliyev Mərkəzinə minnətdarlığını bildirib.

Xalq artisti, Azərbaycan Milli Konservatoriyanın professoru, xanəndə Mənsum İbrahimov diqqətə çatdırıb ki, Heydər Əliyev Fondu yaranan gündən muğam sənətimizin ikinci inkişaf dövrü başlanıb. Muğam televiziya və beynəlxalq müsabiqələri nəticəsində onlarca gənc ifaçı bu sənətə gəlib. “Heç bir dövrdə bu qədər gənc ifaçı bizim sənətimizə gəlməyib. Əlbəttə, bu, dövlətimizin, xüsusi olaraq Birinci vitse-prezident Mehriban Əliyevanın sənətimizə olan diqqəti və qayğısı sayəsindədir. Bu sərgi də həmin qayğının bariz nümunəsidir. Azərbaycan musiqisinin, musiqi alətlərinin təbliği baxımından unikal bir sərgidir. Düşünürəm ki, bu, davamlı olacaq”, - deyə Mənsum İbrahimov qeyd edib.

Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

                        31 ölkədən 200-dək musiqi alətinin nümayiş olunduğu unikal sərgi

Ekspozisiyada Heydər Əliyev Fondunun müxtəlif mənbələrdən topladığı unikal kolleksiya – XVIII-XX əsrlərə aid 200-dək musiqi aləti nümayiş olunur.

Bunlar 31 ölkəyə - Azərbaycan, Albaniya, Bolqarıstan, Çin, Dağıstan (Rusiya Federasiyası), Əfqanıstan, Əlcəzair, Gürcüstan, Hindistan, İndoneziya, İraq, İran, Kipr, Qazaxıstan, Qırğızıstan, Liviya, Macarıstan, Makedoniya, Mərakeş, Misir, Monqolustan, Özbəkistan, Pakistan, Rumıniya, Serbiya, Suriya, Tacikistan, Türkiyə, Türkmənistan, Yəmən və Yunanıstana aid musiqi alətləridir.

Sərgidə Azərbaycan musiqi mədəniyyəti və tarixinə də geniş yer verilib. Ekspozisiyada 50-dək milli musiqi aləti təqdim edilir.

Sərginin eksponatları sırasında N.Gəncəvinin “Xəmsə”sindən səhnələr həkk olunmuş, qızıl, brilyant və sədəflərlə işlənmiş kamança, Şəkinin XVIII əsrə aid olan cürə nağarası yer alıb.

Ekspozisiyada, həmçinin tanınmış incəsənət xadimlərinə aid musiqi alətləri var. Azərbaycanın Xalq artistləri Xan Şuşinski, Rübabə Muradova, Əbülfət Əliyev, Ağaxan Abdullayevə məxsus qavallar, Həbib Bayramov, Möhlət Müslümov, Ramiz Quliyev və Ceyran Haşımovaya aid tarlar, Aftandil İsrafilovun qarmonu, Əməkdar incəsənət xadimi Aşıq Ədalət Nəsibovun sazı, tanınmış balaban ifaçısı Nizan Fətəliyevə aid balaban, Əməkdar artist Ədalət Vəzirovun kamançası sərgidə yer alıb.

Xalq artisti Natiq Şirinovun e.ə. V minillikdə Azərbaycanda mövcud olmuş küpə zərb aləti əsasında 2006-cı ildə hazırladığı alət, e.ə. IV minilliyin sonlarına aid nağara əsasında 2010-cu ildə düzəltdiyi nağara, 2015-ci ildə Azərbaycanda ixtira olunmuş ilk stereofonik simli musiqi aləti “Stereo Buta” da ekspozisiyada təqdim edilir.

Sərginin NASA bölümündə 1977-ci ildə “Voyacer 1” kosmik gəmisində dünya xalqlarına məxsus 27 melodiya ilə birgə kosmosa göndərilmiş Azərbaycan musiqisini də dinləmək mümkündür.

Muğam otağında Azərbaycanın tanınmış xanəndələrinin ifalarından ibarət videoçarxlar, ekspozisiyadakı monitorlarda isə UNESKO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilmiş Azərbaycan muğamı, aşıq sənəti, tar və kamança ifaçılığına aid musiqi nümunələri təqdim edilir.

Sərgidə hər bir musiqi alətini seyr etməklə yanaşı, onu dinləmək və ən əsası, həmin alətdə ifa xüsusiyyətləri ilə tanış olmaq mümkündür. Bu məqsədlə ekspozisiyada video və audio yazıların fərdi qaydada dinlənilməsi üçün ekran və avadanlıqlar quraşdırılıb.

                         Tariximizin yaşaması üçün belə tədbirlər mütləq lazımdır

Sərgini izləyən sənət adamları təəssüratlarını jurnalistlərlə bölüşüblər. Xalq artisti Alim Qasımov deyib: “Sərgi çox yüksək səviyyədə təşkil olunub. Doğrudur, xalq musiqisini anlamaq çətindir. Lakin burada sərgilənən musiqi alətləri, düşünürəm, sərgiyə baxan tamaşaçılarda xalq musiqisinə maraq oyadacaq. Digər tərəfdən, Heydər Əliyev Mərkəzinə xarici qonaqlar gəlir. Onlar bizim sənətə, mədəniyyətə, eyni zamanda, başqa xalqların mədəniyyətinə yüksək münasibətimizin bir daha şahidi olacaqlar. Həmçinin sərgi xalq musiqimizin təbliği baxımından əhəmiyyətlidir”.

“Natiq” ritm qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinov sərginin təşkilini Azərbaycanın milli sərvətinə böyük qayğı və hörmət kimi qiymətləndirib. “Sərgi milli sərvətimizin nümunələrinin bədnam qonşular tərəfindən ələ keçirilməməsinə qarşı atılmış çox gözəl addımdır. Bu, məni çox sevindirir. Biz bu gün varıq, sabah yoxuq. Amma tariximizin yaşaması üçün bu işlər mütləq lazımdır. Bu sərgidə zəhməti olan hər kəsə təşəkkürümü bildirirəm”.

Xalq artisti Ağa Cəbrayıl Abasəliyevin fikrincə, sərgi bizə bu gün həmişəkindən daha çox vacibdir: “Bu sərgi onu sübut edir ki, bizim milli alətlərimizin tarixi başqa millətlərin öz tarixindən böyükdür”.

İtaliyalı opera müğənnisi Paolo Levontino (tenor) sərginin onda gözəl təəssürat oyatdığını, bu qədər musiqi alətlərindən valeh olduğunu, böyük zövq aldığını deyib.

Xalq artisti Səkinə İsmayılova bildirib ki, əsrlərdən bəri gəlib bugünümüzə çatan muğam sənətinin gözəlliyi bu sərgidə əksini tapıb. İstər klassik xanəndələrimiz, korifeylərimiz, istər orta nəsil xanəndələrimiz, istər bugünkü gəncliyimiz – hər şey bu sərgidə çox gözəl əksini tapıb. Belə sərgilər, həmçinin muğam sənətimizin yaşamasına töhfə verir.

Xalq artisti Ağəli İbrahimov xalqların bir-birinin mədəniyyəti ilə daha yaxından tanış olması baxımından da sərginin böyük əhəmiyyət daşıdığını söyləyib.

Müxtəlif ölkələrin musiqi alətləri arasında fərqliliklə yanaşı, oxşarlıqları, musiqinin gücünü təcəssüm etdirən sərgi Azərbaycan musiqi tarixinin yaşadılması, ayrı-ayrı ölkələr və xalqların mədəniyyətinin tanıdılması baxımından geniş imkan yaradır.

Heydər Əliyev Mərkəzində dünya xalqlarına məxsus unikal musiqi alətlərinin sərgisi açılıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Prezident İlham Əliyev: Neft-qaz sahəsində uzun illər xüsusilə də Avropa bazarlarına nəql ediləcək resurslarımız var

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi keçirilib

Şirvanda narkotiklərin qanunsuz dövriyyəsinə görə 6 nəfər saxlanılıb

Prezident İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir

Pentaqon Ukrayna üçün 6 milyard dollarlıq silah sifariş edəcək

Naxçıvanda QHT-lərin IV İnkişaf və Mübadilə Proqramı keçiriləcək

İşə qəbul zamanı və sürücülük vəsiqəsi əldə etmək üçün tələb olunan tibbi arayışlar elektronlaşdırılıb

Paytaxt məktəblərində maarifləndirici görüşlər keçirilir

Beynəlxalq ekspert Azərbaycanın “Arbitraj haqqında” Qanunu ilə bağlı fikirlərini açıqlayıb

Antoni Blinken bu gün Pekində Si Cinpinlə görüşəcək

Amerikalı basketbolçu: Azərbaycanda istedadlı oyunçular çoxdur - MÜSAHİBƏ

Ulu Öndərin doğum günü münasibətilə geniş konsert proqramı hazırlanıb

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib  YENİLƏNİB VİDEO

XİN-in mətbuat katibi BDU-nun Jurnalistika fakültəsində olub

Akademik Zərifə Əliyevanın nəcib niyyəti, xeyirxah əməlləri ona əbədiyaşarlıq qazandırıb

Gənclər Kitabxanasında sərgi - “Ziyarətə çevrilmiş ocaq”

Ayın üzərində il reklam yerləşdirilib

Azərbaycanın kukla sənəti ustaları Türkiyədə beynəlxalq festivalda iştirak edirlər

Matteo Vittuari: Biz qida sistemi üzərində mərkəzlənən perspektiv və yanaşma qəbul etməyi məqsəd tuturuq

Mahir Emreli Zaqrebdə Azərbaycan cüdoçularına dəstək olub

Ağdamda əmək yarmarkasında 200-dən çox vakansiya təklif olunur

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq

VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun keçirilməsinə sayılı günlər qalıb

Bakı Ali Neft Məktəbində MBA ixtisasları üzrə qəbul sayı artırılıb

“İMZA” və ATİB yeni layihələrə imza atacaq

Fövqəladə Hallar Nazirliyi Lənkəran Beynəlxalq Hava Limanında təlim keçirib

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb VİDEO

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib