ELM VƏ TƏHSİL
“Heydər Əliyev və şanlı Azərbaycan” konfransının materiallarından ibarət kitab çap olunub
Bakı, 25 iyun, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr edilmiş “Heydər Əliyev və şanlı Azərbaycan” adlı respublika tələbə-şagird elmi konfransının məruzələrinin tezislərindən ibarət kitab çapdan çıxıb.
Bu barədə AZƏRTAC-a universitetin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Bildirilib ki, konfrans mayın 16-da bu təhsil ocağında onlayn formatda keçirilmişdi. Konfransda 3 məcburi köçkün məktəbi olmaqla, ümumi 18 orta məktəbdən 33 şagird, 8 universitetdən 28 tələbə fəal iştirak edib. Konfransda iştirak edən 300 nəfərdən çox tələbə və şagirdlərə sertifikatlar göndərilib.
Kitabın açıq PDF-variantı universitetin Dspace rəqəmsal kitabxanasında yerləşdirilib, eyni zamanda, bütün konfrans iştirakçılarına kitabın PDF variantı göndərilib.