Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Hikmət Əlizadə: Milli parkların idarə edilməsi tam hazırlıqlı və səriştəli şəxslər tərəfindən həyata keçirilməlidir

Hikmət Əlizadə: Milli parkların idarə edilməsi tam hazırlıqlı və səriştəli şəxslər tərəfindən həyata keçirilməlidir

Bakı, 30 may, AZƏRTAC 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi milli parklara direktor vəzifəsinə işə qəbul üzrə müsabiqə elan edib.

Nazirliyin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə müsabiqənin şərtləri, namizədlərə qoyulan tələblər, seçimlər haqqında AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb.

- Milli parklara direktor vəzifəsinə müsabiqə elan edilməsi hansı məqsədi daşıyır?

- Hamımız bilirik ki, milli parklar xüsusi ekoloji, tarixi, estetik əhəmiyyəti olan təbiət komplekslərinin yerləşdiyi təbiəti mühafizə və elmi-tədqiqat idarəsi statusunda olan ərazilərdən ibarətdir. Artıq bu məfhumun özündən irəli gələrək onların vahid kompleks altında çoxşaxəli istiqamətli fəaliyyətləri yerinə yetirdiyi məlum olur. Təbii ki, bu cür tələblər qoyulduğu halda bu qurumların idarə edilməsi tam hazırlıqlı və səriştəli şəxslər tərəfindən həyata keçirilməlidir.

Azərbaycanın ən nadir və zəngin təbiət ərazilərinin mühafizəsi, idarə edilməsi və onları layiqli şəkildə yerli və xarici qonaqlara tanıdılması üçün bu idarələrə rəhbərlik edən şəxslər özlərində kompleks bacarıqları ehtiva etməlidirlər. Milli parklara hazırda rəhbərlik olunur, əksər milli parkların direktorları təyin olunub. Amma biz sahəni təhlil edərək bu qənaətə gəldik ki, təbiət elmləri, idarəetmə, turizmin təşkili və menecmenti ilə bağlı bilik və təcrübəyə malik daha bacarıqlı kadrların cəlb olunması üçün şəffaf bir müsabiqə təşkil edək.

- Namizədlərdən nələr tələb olunur və onlar hansı meyarlara cavab verməlidirlər?

- Namizədlərdən kompleks bacarıqların olması tələb olunur. İlk növbədə, əlbəttə ki, bu idarələr elmi-tədqiqat statuslu və birbaşa ekoturizmlə bağlı olduğundan, mühafizə komponentini özündə ehtiva etdiyindən rəhbər şəxslər təbiət elmləri, idarəetmə, turizmin təşkili və menecmenti ilə bağlı bilik, bacarıq və təcrübəyə malik olmalıdırlar. Direktorların yüksək natiqlik bacarığının olması Azərbaycanın nadir təbiət ərazilərinin təbliğatının təşkilinə kömək edə bilər. Eyni zamanda, onların həm xarici dil biliyi, həm də zəngin dünyagörüşü olmalıdır ki, milli parkları bacarıqla davamlı idarə edə, həmçinin turizmin inkişafına nail ola və elmi işi apara bilsinlər. Yəni bu ərazilər həm öyrənilməli, həm tədqiq olunmalı və onun nəticəsi ortaya qoyularaq turizmin inkişafına sərf olunaraq sonunda sinerjili bir nəticələrə gətirib çıxarmalıdır.

- Seçim necə aparılacaq və bu proses bütün milli parklar üçün nəzərdə tutulub?

- Biz seçimin tam şəffaf aparılmasında maraqlıyıq. Bildiyiniz kimi bununla bağlı nazirlikdə müsabiqə elan edilib, müsabiqə komissiyası yaradılıb. Müsabiqənin qiymətləndirilməsi üçün komissiyaya nazirliyin, ölkədə təbiəti mühafizə sahəsində mühüm işlər görən IDEA İctimai Birliyinin, Dövlət Turizm Agentliyinin və Azərbaycan Milli Elmlər Akademiyasının Zoologiya İnstitutunun mütəxəssisləri cəlb olunub. Bu qrup tərəfindən kompleks şəkildə namizədlərin bacarıqları qiymətləndiriləcək və seçim aparılacaq. Hazırda Ağgöl Milli Parkının direktor vəzifəsi vakantdır. İlk növbədə təbii ki, Ağgöl Milli Parkı üçün rəhbər seçiləcək, ondan sonra isə uğurlu nəticələr ortaya qoyan namizədlərin sırasından bir baza yaradılacaq. Digər milli parklarımız da mərhələlərlə bu müsabiqəyə açıq elan edildikdə həm o bazada olan namizədlərin içindən seçim aparılacaq, həm də yeni namizədlərin təklif və müraciətlərinə baxılacaq.

- Milli parklara yeni direktorların seçilməsi həmin xüsusi mühafizə olunan təbiət ərazilərinin idarə edilməsində yeniliklərin tətbiqi ilə əlaqədardır?

- Əlbəttə ki, milli parklarımız inkişaf edir. Əgər biz keçmişə nəzər salsaq, bir neçə il əvvəl milli park ərazilərində görülən işlər yalnız mühafizənin təşkilindən ibarət idisə, bu gün artıq biz qapılarımızı turistlərə açmışıq, turizmi inkişaf etdirmək istəyirik. Azərbaycanda xarici mütəxəssislərin iştirakı ilə yeni beynəlxalq turizm konsepsiyası hazırlanır, milli park ərazilərində xarici konsepsiya əsasında marşrutların markalanması aparılır, innovativ üsullardan istifadə olunaraq turistlərə məzmunlu məlumatlar çatdırılır ki, bütün bunlar da yeniliklərin tətbiqidir. Bəli, direktorlardan tələb olunan səriştə və bacarıqlardan biri də həmin innovativ məsələlərdə bacarığın, yeniliklərə meylin olması və bu sahədə yaradıcılıqdır.

- Müraciət edənlər varmı və onların sonrakı mərhələdə seçilməsi prosesi nə vaxt yekunlaşacaq?

- İlkin mərhələdə mayın 31-dək müddət qoyulub. Hazırda maraqlanan və sənəd təqdim edən xeyli namizəd var. Lakin bu tarix də müəyyən mənada şərtidir, çünki dediyimiz kimi ilkin mərhələdə Ağgöl Milli Parkına seçim edəcəyik. Paralel şəkildə digər milli park direktorlarının da bacarığı qiymətləndiriləcək və ehtiyac olduqca daxil olan sənədlər, eləcə də hazırkı müsabiqədə müraciət edənlər bazaya daxil ediləcək və onların müraciətindən istifadə olunacaq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Cahit Bağcı: Türk şirkətləri Qarabağda aparılan bərpa-quruculuq işlərində fəal iştirak edirlər

Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda görülən işlərlə tanış olub, birinci tunelin açılışında iştirak edib YENİLƏNƏCƏK

Kino Agentliyinin Apellyasiya Komissiyası film layihələri ilə bağlı yekun nəticələri elan edib

Prezident İlham Əliyev Füzuli rayonunda Köndələnçay su anbarları kompleksinin təmir-bərpadan sonra açılışında iştirak edib YENİLƏNƏCƏK

Naxçıvanda “Bookfest” festivalında 900 çeşiddə 70 minə yaxın kitab və digər nümunələr sərgilənir

Britaniya gəmisi Ədən körfəzində hücuma məruz qalıb

BTC vasitəsilə 568 milyon ton xam neft nəql edilib

Arif Əsədov: “Şamaxı”nın Premyer Liqaya vəsiqə qazanmaması uğursuzluq olar

Britaniya iqtisadiyyatında geriləmə dayanıb

Tbilisidə və Rustavidə xalqımızın Ümummilli Liderinin abidəsi ziyarət olunub

Prokurorluğun rəhbər heyəti və əməkdaşları Fəxri xiyabanı ziyarət ediblər

Ukraynada Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb

Uinston Çörçilin təsvir olunduğu rəsm əsəri hərraca çıxarılıb

Bakıdakı Rus evi 9 May - Qələbə Gününə həsr olunmuş konsert təşkil edib

“Şahdəniz” yatağından 7 milyard kubmetr qaz hasil edilib

AHİK Ulu Öndər Heydər Əliyevin doğum günü 5450 aztəminatlı ailəyə sovqat göndərib

Ulu Öndər Heydər Əliyev Azərbaycan gənclərinin xaricdə təhsil almasında mühüm rol oynayıb

® Sabunçu rayonunda könüllü qanvermə aksiyası keçirilib

Tayvan sahillərində 5,7 bal gücündə zəlzələ olub

“AzerGold”un Müşahidə Şurasının növbəti iclası olub

Bu ilin birinci rübündə AÇG yatağından 31 milyon barel neft çıxarılıb

Professor: Heydər Əliyevin yüksək nitq mədəniyyəti xüsusi araşdırmaya layiq mühüm bir məsələdir

Bakıda beynəlxalq seysmoloji konfrans keçiriləcək

® İlk dəfə rekord sayda spiker “Caspian Investment Forum Prague 2024”də

Müstəqil dövlətimizin ən müasir tarixi Ulu Öndərin adı ilə bağlıdır RƏY

MİQ üzrə müsabiqəyə buraxılacaq qeydi-pedaqoji ixtisasların siyahısı müəyyənləşib

Tanınmış mütəxəssisin Azərbaycan millisinə baş məşqçi təyin olunacağı ilə bağlı xəbərlərə aydınlıq gəlib

Cari ilin birinci rübdə AÇG üzrə əsaslı məsrəflərə 347 milyon dollar xərclənilib

Dendrologiya İnstitutu İtaliyadan yeni toxum növləri əldə edib

ABA: Türk bank icmalarının birgə fəaliyyəti ölkələr arasındakı iqtisadi bağların güclənməsinə imkan yaradacaq

Universitetdə tədbir: Heydər Əliyev şəkillərdə

Ankarada Ümummilli Lider Heydər Əliyevin xatirəsi anılıb

Şuşa şəhərindəki “ASAN xidmət” mərkəzi iyunun sonlarınadək hazır olacaq VİDEO

RF Dövlət Duması Mixail Mişustinin hökumətin sədri vəzifəsinə namizədliyini müzakirə edir

Ermənistan müxalifəti baş nazir postuna namizədini müəyyənləşdirməyib

“PAŞA Holding” şirkətlərinin dayanıqlılıq strategiyası üzərində iş aparılır

BMT-nin vətəndaş cəmiyyəti üzrə 69-cu konfransı keçirilir

Tələbə gənclər Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini silsilə tədbirlərlə anıblar

Toğrul Əsgərov: Azərbaycan dünya idman tarixinə öz imzasını atmağı bacarıb

Ümummilli Lider Heydər Əliyev və Azərbaycan nitq mədəniyyəti

Cənubi Sudandan olan 1,3 milyon qaçqın geri qayıdıb

Kursantlar Ulu Öndərin ölməzliyini tərənnüm etdirən fləş-mob hazırlayıblar VİDEO

Yelkənçilərin iştirakı ilə Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş parad təşkil olunub

® “AzerGold”un yeni qızıl sikkəsi Heydər Əliyev Fondunun 20 illiyinə həsr olunub

Niderland şirkəti Azərbaycan startapını alıb

Netanyahu Baydenlə fikir ayrılığının aradan qalxacağına ümid edir

Çin Macarıstanda dəmir yolu layihələrinə sərmayə qoyacaq

Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi Astarada tibbi aksiya təşkil edib

Naxçıvanda Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə yürüş təşkil olunub

Müdafiə Nazirliyinin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib VİDEO

BMT: COP29-la bağlı Azərbaycana dəstək vermək və əlimizdən gələni əsirgəməmək öhdəliyimizdir

DİA-da “İqlim dəyişikliyinə uyğunlaşma üzrə” təlimlərə başlanılıb

Qurban Yetirmişli: Cəbrayılda seysmik stansiyanın quraşdırılması üçün sənədləşdirmə işləri aparılır VİDEO

Komitə sədri: Ailədə şiddətin qarşısını almaq üçün maarifləndirmə də lazımdır VİDEO

Azərbaycan Premyer Liqası: Mərkəzi oyun FIFA referisinə tapşırılıb

Nazir müavini: Azərbaycan COP29-a yalnız ev sahibliyi etməyəcək, eyni zamanda, danışıqlara da rəhbərlik edəcək

“Türk dünyasında qəhrəmanlıq əsərlərinin tədqiqi və təşviqi” layihəsinin icrasına başlanılıb

Tahir Budaqov: YAP parlament seçkilərinə hazırlıqla bağlı lazım olan bütün tədbirləri həyata keçirməkdədir VİDEO

Mayın 11-12-də geomaqnit qasırğası gözlənilir

Azərbaycanın qadın güləşçiləri lisenziya turnirində mübarizəyə başlayırlar

YAP-ın nümayəndələri Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

Mərakeş sahillərində 38 miqrant xilas edilib

Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar

BDU-nun tələbə və məzunu İsveçin dövlət təqaüdünə layiq görülüb

Delakruanın məşhur rəsm əsəri yenidən Luvr muzeyində sərgilənir

Dörd yüzdən çox namizəd dövlət qulluğu üzrə imtahan verəcək

Yaz ətirli poeziya

Milli Kitabxanada “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi kitab sərgisi açılıb

Azərbaycan neftinin qiyməti cüzi artıb

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin II cəhdində iştirak etmək üçün qeydiyyat başlanır

Azərbaycan Basketbol Liqası: Son çempion finala çıxa bilər

® “Dayanıqlı Tikinti Zirvəsi”nin gündəliyi yayımlandı

Xalqımız Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsini böyük ehtiramla anır VİDEO

Premyer Liqa: Tura tarixi derbi ilə start veriləcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər VİDEO

Polis əməkdaşları 82 kiloqrama yaxın narkotik vasitə aşkarlayıb

DİN: Ötən gün ölkə ərazisində 87 cinayətin üstü açılıb

Paytaxtda bəzi ərazilərdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar paylaşım edib

Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb

Qobustanda narkotiklərlə əlaqəli iki nəfər saxlanılıb

Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Baş nazir: Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv olacaq

Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb

Azərbaycanın qazandığı bütün uğurların memarı Ulu Öndər Heydər Əliyevdir ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda klassik musiqi konserti təşkil edilib

Səudiyyə Ərəbistanının vəliəhdi Yaponiyaya səfər edəcək

Netanyahu: HƏMAS-ın 24 batalyonundan 20-si məhv edilib

Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir

Azərbaycan-Bolqarıstan əlaqələri qarşılıqlı maraqlar əsasında uğurla inkişaf edir ŞƏRH

Professor Bilgiç: Heydər Əliyevin Türkiyə təbabətinə inamı mənim qürur mənbəyimdir

ADA və Bolonya universitetlərinin birgə proqramı bağçılıq sahəsində multidisiplinar yanaşmanı ehtiva edir

İsveçdə Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib VİDEO

Ulu Öndərin uzaqgörən siyasəti sivil birgəyaşayış qanunlarını həyatımıza gətirdi

Manuela Traldi: ADA və Bolonya universitetlərinin birgə proqramı kənd təsərrüfatında yeni yanaşmanı əhatə edir

Sorğu: Fransızların Avropa İttifaqına etibarı azalır

Vyanada alman nasizmi üzərində Qələbənin 79-cu ildönümü qeyd edilib

Respublikaçılar Baydeni İsrailə dəstəklə bağlı vədini pozmaqda günahlandırıblar