CƏMİYYƏT


Hikmət Əlizadə: ölkədə fəaliyyət göstərən milli parklar mayın 31-dən etibarən açıla bilər

Bakı, 21 may, AZƏRTAC

Əgər karantin rejimi ilə bağlı yumşalma tədbirləri davam edərsə, onda mayın 31-dən etibarən ölkədə fəaliyyət göstərən milli parkların öz qapılarını ziyarətçilərin üzünə açması gözlənilir.

AZƏRTAC xəbər verir ki, bunu mayın 21-də Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəisi Hikmət Əlizadə deyib.

Hikmət Əlizadənin sözlərinə görə, ölkəmizdə martdan etibarən Operativ Qərargah tərəfindən karantin rejimi tətbiq edildikdən sonra nazirlik bir sıra preventiv tədbirlər həyata keçirib və milli parklar ziyarətçilər üçün bağlı elan olunub: "Qış aylarında milli parkların ziyarətçiləri əsasən məlumat mərkəzlərinə daxil olur, qapalı şəraitdə vaxt keçirirlər. Parkın ərazisini qrup halında nəqliyyat vasitələri ilə gəzirlər ki, bu da yoluxmaya yol aça bilərdi".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.