İDMAN


Hollandiyanın Veyk-an-Zee şəhərində şahmat üzrə ənənəvi “Tata Steel Masters-2019” turniri start götürüb

Bakı, 11 yanvar, AZƏRTAC

Yanvarın 11-də Hollandiyanın Veyk-an-Zee şəhərində şahmat üzrə ənənəvi “Tata Steel Masters-2019” turniri start götürüb.

AZƏRTAC xəbər verir ki, 81-ci dəfə keçirilən turnirdə ölkəmizi Şəhriyar Məmmədyarov (2817) və Teymur Rəcəbov (2757) təmsil edirlər. Turnirdə, həmçinin hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen (2835), sabiq çempionlar Vişvanatan Anand (2773) və Vladimir Kramnik (2777), ev sahibi Aniş Giri (2783) və ötən il ən yaxşı çıxış edən çinli Dinq Liren (2813) də mübarizə aparırlar.

İsveçrə sistemi üzrə 14 turdan ibarət keçiriləcək turnirin 12 turu Veyk-An-Zeedə təşkil olunacaq. Beşinci turun partiyaları Alkmar, 10-cu turun qarşılaşmaları isə Leyden şəhərlərində oynanılacaq. Yanvarın 27-dək davam edəcək turnirdə ayın 17-si, 21-i və 24-ü istirahət günləridir.

Festival çərçivəsində əsas (“Masters”) turnirlə yanaşı, “Challengers” yarışları da keçiriləcək.

Xatırladaq ki, Teymur Rəcəbov 2007-ci ildə Veyk-an-Zee turnirinin qalibi olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.