MƏDƏNİYYƏT


Hollivud ulduzu Tom Kruz karyerasında ən böyük qonorarını alacaq

Bakı, 27 iyun, AZƏRTAC

Hollivud ulduzu Tom Kruzun “Top Gun: Maverick” filmindəki roluna görə, 100-200 milyon dollar arasında qonorar ala bilər.

AZƏRTAC xəbər verir ki, aktyorun filmdən qazancı iki hissədən ibarət olacaq - çəkilişdə iştirak üçün birbaşa qonorar (13 milyon dollar), həmçinin filmin kassa gəlirlərinin əlavə faizi.

“Top Gun: Maverick” ABŞ prokatında birinci olub və 500 milyon dollar gəlir əldə edib. Blokbasterin dünya miqyasındakı gəliri isə milyard dollar həddinə yaxınlaşıb. Bu o deməkdir ki, Kruz 100-200 milyon dollar arasında gəlir əldə edəcək və bu, aktyorun karyerasında ən böyük qonorar olacaq.

Qeyd edək ki, filmin dünya premyerası 75-ci “Kann” Film Festivalında olub. Festivalda 59 yaşlı aktyor karyerasındakı nailiyyətlərinə görə xüsusi mükafata layiq görülüb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.