Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

Horadizdə işğal zamanı dağıdılmış evlər və çoxmənzilli binalar bərpadan sonra istifadəyə verilib VİDEO

Bakı, 29 avqust (AZƏRTAC). Avqustun 28-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Horadizdə işğal zamanı dağıdılmış 227 evin və çoxmənzilli 3 binanın bərpasından sonra istifadəyə verilməsi mərasimində iştirak edib.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ciddi ziyan görən Horadiz şəhərinin yenidən qurulması, burada geniş abadlıq-bərpa tədbirlərinin həyata keçirilməsi istiqamətində son illərdə bir çox mühüm işlər görülüb. Şəhərin simasının daha da gözəlləşdirilməsi istiqamətində həyata keçirilən layihələr bu gün də davam etdirilir. Müharibə zamanı dağıntılara məruz qalan şəhərdə quruculuq işləri geniş vüsət alıb, yeni evlər tikilib. Bu sırada 227 evin və çoxmənzilli 3 binanın bərpa işlərindən sonra istifadəyə verilməsi də mühüm əhəmiyyət daşıyır. Bu cür tədbirlər Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin mərkəzində insan amilinin durduğuna daha bir əyani misaldır. Bundan əlavə, “Mən hər bir azərbaycanlının prezidenti olacağam” deyən dövlət başçısının fəaliyyətinin real nəticələridir. Bu layihələr Azərbaycan dövlətinin ilk növbədə, cəbhə xəttində yaşayan vətəndaşların sosial-rifah halının və mənzil-məişət şəraitinin yaxşılaşdırılması naminə gördüyü işlər sırasındandır. Bu, həm də Azərbaycanın iqtisadi gücünü və potensialını nümayiş etdirir.

Qeyd edək ki, Horadiz şəhərində erməni işğalı zamanı yandırılmış və dağıdılmış 227 evin və çoxmənzilli 3 binanın bərpa edilməsi məqsədi ilə Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Füzuli Rayon İcra Hakimiyyətinə 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan vəsait ayrılıb. Yüksək keyfiyyətlə və müasir tikinti normaları nəzərə alınmaqla həyata keçirilən inşaat işləri zamanı evlərin hamısı tam bərpa edilib. Mənzillərin hamısı kommunal infrastrukturla təmin olunub, insanların rahat və maneəsiz yaşamaları üçün hər cür imkanlar yaradılıb. Bütün bunlar da bir daha göstərir ki, Prezident İlham Əliyevin bu sahədəki fəaliyyəti çətin sınaqlardan çıxan soydaşlarımızda sabaha ümid yaradıb, dövlət başçısının hər zaman onların yanında olduğunu təsdiqləyib. İnsanlar da dövlət başçısının ideyaları ətrafında sıx birləşməyi bacarıblar.

Dövlətimizin başçısı Vəli Şəmilovun ailə üzvləri ilə çay süfrəsi arxasında söhbət etdi.

Prezident İlham ƏLİYEV: Gözəl ev tikilib.

Ev sahibəsi Xuraman QULİYEVA: Bəli, çox gözəldir, Allah Sizi qorusun, ailənizi, uşaqlarınızı xoşbəxt etsin. Çox sağ olun. Bu cür şəraiti bizə Siz yaratmısınız, cənab Prezident.

Prezident İlham ƏLİYEV: Elə də olmalıdır. Əlbəttə, dövlət bu işləri görməlidir. Bu evləri biz bərpa etdik. Çox şadam ki açılışına gəlmişik.

Xuraman QULİYEVA: Bəli, çox sağ olun. O gün olsun Şuşamızda, Qarabağımızda olsun. Biz buna inanırıq, cənab Prezident! 

Prezident İlham ƏLİYEV: Əlbəttə, bax buralar işğal altında idi. Deməli, siz burada yaşayırdınız.

Xuraman QULİYEVA: Bəli, cənab Prezident.

Prezident İlham ƏLİYEV: İndi görürsünüz burada necə gözəl şərait yaradılıb.

Xuraman QULİYEVA: Çox gözəl, qısa müddətdə, cənab Prezident. Sizin rəhbərliyinizlə çox gözəl irəliləyiş var.  Heydər Əliyev Fondunun təşəbbüsü ilə bizim üçün gözəl məktəb tikilib. Gözəl uşaq bağçamız var. Bu cür şərait heç bir şəhərdə yoxdur. Bunlar Sizin rəhbərliyinizlə yaradılıb. Çox sağ olun.

Prezident İlham ƏLİYEV: Təmiz hava. Yaxşı iqlim.

Xuraman QULİYEVA: Bəli, üstünlüyümüzdür təmiz havamız, Qarabağ havası.

Prezident İlham ƏLİYEV: Dolanışıq necədir?

Xuraman QULİYEVA: Çox gözəl, yüksək səviyyədə. Daimi qazımız, işığımız, suyumuz, gözəl asfalt yollarımız, bağımız-bağatımız. Bundan artıq nə lazımdır?! Əvvəlkindən də çox gözəl şəraitdə yaşayırıq. Buna görə Sizə minnətdarıq. Əzizimiz Mehriban xanıma minnətdarıq.  Bütün Qarabağımız azad olunsun. Ordumuza inanırıq, Sizə inanırıq, dövlətimizə inanırıq. Cənab Prezident, görün bizə, xalqımıza, qəsəbədə, Füzulidə yaşayan insanlara nə qədər ruh yüksəkliyi vermisiniz.

Prezident İlham ƏLİYEV: Burada 16 yeni qəsəbə salınmışdır.

İcra hakimiyyətinin başçısı Alı ALIYEV: Bəli. Ulu Öndərin Sərəncamı ilə.

Prezident İlham ƏLİYEV: Horadiz böyük bir şəhərdir. Müvəqqəti olaraq Füzuli rayonunun mərkəzidir. Amma Füzuli şəhəri işğaldan azad olunduqdan sonra biz Füzuli şəhərini bundan da gözəl tikəcəyik.

Xuraman QULİYEVA: İnşallah, biz ona inanırıq. Biz Sizə inanırıq, güvənirik.

Prezident İlham ƏLİYEV: Horadizin Azərbaycan tarixində çox böyük rəmzi mənası var. Çünki buralar erməni işğalı altında olan yerlər idi. Azərbaycan Ordusu Ulu Öndərin rəhbərliyi ilə erməni işğalçı qüvvələrini buradan çıxardı. İndi biz onu bərpa etmişik.

Xuraman QULİYEVA: Bəli. Mən o günü heç vaxt unutmaram. Ona görə ki, mən ikiqat həyəcan keçirirdim. Bütün Azərbaycan xalqı həyəcan içində idi. Mənim övladım da hücumda, ön cəbhədə, sırada idi.

Prezident İlham ƏLİYEV: Siz buradan nə vaxt çıxmışdınız?

Xuraman QULİYEVA: 1993-cü il oktyabrın 22-dən 23-nə keçən gecə biz buradan qovulduq.

Prezident İlham ƏLİYEV: Oktyabra qədər burada idiniz?

Xuraman QULİYEVA: Bəli, burada idik. 1994-cü il yanvarın 4-ü heç vaxt unudulmaz gündür. Həmin gün Ulu Öndərimizin rəhbərliyi ilə hücum oldu. Mənim oğlum danışırdı, deyirdi ki, əsgərlər “Heydər Əliyev uğrunda” deyib hücuma keçirdilər. Yəni, qorxmadan özlərini tankın altına da ata bilərdilər. O cür ruh yüksəkliyi ilə. Biz inanırıq ki, yenə də həmin ruh yüksəkliyi ilə  döyüşə gedəcəklər. Lazım gəlsə biz analar da Sizinlə bərabər, övladlarımızla bərabər.

Prezident İlham ƏLİYEV: İndi ordumuz daha da güclüdür. İndi imkanlar daha da genişdir. Ruh yüksəkliyi isə Azərbaycan xalqında həmişə olub. Həmişə də yüksək səviyyədə olub. Bu gün də belədir. Vətənpərvərlik ruhu, milli ruh. Bizim iqtisadi,  hərbi gücümüz, bu amillər məsələni həll edəcək. Biz qayıdacağıq, nəinki Füzuliyə, Şuşaya da qayıdacağıq. 

Xuraman QULİYEVA: İnşallah, cənab Prezident.

İcra hakimiyyətinin başçısı Alı ALIYEV: Cənab Prezident, son altı ayda 1200 adam işlə təmin olunub.

Xuraman QULİYEVA: Bəli, çox gözəl iş yerlərimiz açılır.

İcra hakimiyyətinin başçısı Alı ALIYEV: Hərbidə mülki işçilər var. Onların hamısı bizdən götürülüb.

Prezident İlham ƏLİYEV: Onu da mən göstəriş vermişəm. Çünki əvvəlki dövrdə bizim ordumuzda mülki işlərlə elə hərbçilər məşğul idilər. Əsgərləri əsas fəaliyyətindən ayırırdılar, onlar gedib orada xidmət sahəsində işləyirdilər. Mən göstəriş verdim ki, əsgərləri bu işlərdən azad edin. Amma bu mülki işlərə yerli camaatı götürsünlər.

Xuraman QULİYEVA: Bəli, götürüblər, bizim qonşulardan işləyənlər var.

Prezident İlham ƏLİYEV: Nə qədər idi burada?

İcra hakimiyyətinin başçısı Alı ALIYEV: 1200 nəfər.

Prezident İlham ƏLİYEV: Nəinki burada, bütün başqa təmas xəttinə yaxın olan yerlərdə, rayonlarda, kənlərdə yerli insanlar gedirlər, xidmət edirlər, dövlət maaş verir. Biz burada iki məqsəd güdürük. Həm əsgərlər xidmətdən ayrılmır, mülki vətəndaşlar isə işləyib maaş alırlar.

Xuraman QULİYEVA: Çox gözəl. Bizim qəsəbəmizdə demək olar ki, işsiz adam yoxdur.

Prezident İlham ƏLİYEV: Əvvəllər belə bir praktika var idi ki, misal üçün, bir yerdən olan gənc xidmətə mütləq gərək başqa yerə göndərilərdi. Biz burada da dəyişikliklər etdik. Çünki xüsusilə zabitlər. Onlar indi öz doğma rayonlarında işləsələr, yaşasalar daha yaxşıdır. Ailələrinin yanında olacaqlar, daha da ürəkli olacaqlar, onlar üçün daha da rahat olacaq. Yəni, orduda islahatlar çoxşaxəlidir. Amma bu hissə də çox önəmlidir. Burada qısa müddət ərzində minlərlə iş yerləri yaradılıb. Məsələn, biri yemək bişirən. Orduda kim idi? Əsgər. Birincisi, əsgər yemək bişirə bilmir, ikincisi, axı yemək bişirmək onun peşəsi deyil. 

Xuraman QULİYEVA: Allah Sizi dünyaya gətirən ataya, anaya rəhmət etsin. Biz onların qarşısında həmişə borcluyuq.  Cənab Prezident, elə bil ana kimi mən həmişə Sizə duaçıyam.

Prezident İlham ƏLİYEV: Sağ olun!

Xuraman QULİYEVA:  Biz fəxr edirik ki, ölkəmiz ərazicə kiçik olsa da, bütün böyük dövlətlərlə bərabər dayanır.  Biz Sizinlə fəxr edirik, cənab Prezident.

Prezident İlham ƏLİYEV: Mən də sizinlə fəxr edirəm ki, siz burada, öz doğma yerinizdə, şəhərinizdə düşmənlə üz-üzə dayanmısınız, mərd dayanmısınız. Hamınız kişi kimi dayanmısınız. Öz doğma torpağınızda dayanmısınız.

Xuraman QULİYEVA: Bəli, Sizə görə. Sizə inandığımıza görə. Ordumuza, dövlətimizə, Prezidentimizə inandığımıza görə.

Vəli ŞƏMİLOV: Güclü ordumuz da, rəhbərimiz də var.

Xuraman QULİYEVA: Bəli, bizim indi hər şeyimiz var. Çox sağ olun.

Prezident İlham ƏLİYEV: Çox yaxşı, bir daha sizi təbrik edirəm.

Xuraman QULİYEVA: Biz Sizin hər bir tədbiri çox böyük fəxrlə izləyirik. Allah Sizi Azərbaycan xalqına çox görməsin. 

Prezident İlham ƏLİYEV: Sağ olun, çox sağ olun.

Xuraman QULİYEVA: Allah Sizi qorusun.

Prezident İlham ƏLİYEV: Sağ olun.

Xuraman QULİYEVA: Çox sağ olun, cənab Prezident. Siz bu gün bizə sevinc yaşatdınız.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BMU-da X-XI sinif şagirdləri üçün müsabiqəyə start verilir

Azərbaycan Dövlət Film Fondunda nadir arxiv materialı aşkar olunub

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edir YENİLƏNƏCƏK

Qəbul imtahanının II mərhələsinin 1-ci cəhdində iştirak etmək istəyən abituriyentlərin ərizə qəbulu davam edir

Xidmət müddəti başa çatmış əsgərlərin yolasalma mərasimləri başa çatıb

“Neftçi” klubunun apellyasiya şikayəti təmin edilməyib

Sankt-Peterburq Filarmoniyasında “Azərbaycanın görkəmli musiqiçiləri” adlı klassik musiqisi gecəsi təşkil olunub

XRİTDX-nin nümayəndəsi Vyanada keçirilən konfransda iştirak edib

Moskva görüşü Azərbaycanın Rusiya ilə eyni hüquqlu dövlət olduğunu bir daha sübut etdi ŞƏRH

Astanada ŞƏT ölkələri müdafiə nazirlərinin görüşü keçirilir

“26 aprel -Beynəlxalq Əqli Mülkiyyət Günü” adlı sərgi açılıb

Agentlik rəhbəri: Əmtəə nişanlarının qeydiyyatı ilə bağlı 3862 iddia daxil olub

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur