“İƏT Modeli - Beynəlxalq Münasibətlər Akademiyası 2023” layihəsinə iştirakçıların qeydiyyatına start verilir
AzerTAg.az

Bakı, 9 fevral, AZƏRTAC
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Gənclər Forumunun Avrasiya Regional Mərkəzi və Azərbaycan Gənclər və İdman Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilən “İƏT Modeli - Beynəlxalq Münasibətlər Akademiyası 2023” layihəsinin qeydiyyatına start verilir.
AZƏRTAC Azərbaycan Gənclər və İdman Nazirliyinin saytına istinadla xəbər verir ki, seçim mərhələsindən uğurla keçəcək iştirakçılar beş həftə ərzində İƏT ölkələrinin Azərbaycandakı səfirləri və qonaq ekspertlərin keçirəcəyi mühazirələrdə iştirak edərək müxtəlif mövzularda bilik və təcrübələrini artırmaq imkanı əldə edəcəklər.
Layihə bilik və bacarıqlarını artırmaq və diplomatiyanı daha yaxından bilmək üçün 18-30 yaş arasında tələbələr, beynəlxalq münasibətlər və diplomatiya sahəsi ilə maraqlananlar, xarici ölkələrdə keçirilən Beynəlxalq İƏT Modeli konfranslarında iştirak hüququ əldə etmək istəyənlər, ingilis dilini yaxşı və ya əla səviyyədə bilənlər üçün əla imkandır.
Layihədə iştirak etmək istəyənlər https://forms.gle/nfUQEwUw2oM3Fy9d8 link vasitəsilə daxil olaraq qeydiyyatdan keçə bilərlər.
Xəbərin mətnində orfoqrafik səhv var