İDMAN
İLQAR MƏMMƏDOV LİSENZİYA TURNİRİNİN YARIMFİNALINA ÇIXMIŞDIR
69 kq çəki dərəcəsində Neil Perkins (İngiltərə) Filipp Lo Qrekonu (İtaliya), Bülənd Ulusoy (Türkiyə) Sebastyan Zbiki (Almaniya), Vitali Krusaç (Moldova) Nikolaus Qrisuninsi (Latviya), Dorel Simeon (Rumıniya) Naim Terbuncu (İsveç) məğlubiyyətə uğratdılar.
91 kq-dan yuxarı çəki dərəcəsində İlqar Məmmədov (Azərbaycan) Aleksandr Pejanoviçə (Serbiya və Çernoqoriya), Adams Daurbekovs (Latviya) Modo Sallahaya (İsveç), Aleksey Mazikin (Ukrayna) Qurban Günəbaxana (Türkiyə), Marius Vaç (Polşa) Məhəmməd Səmudiyə (Fransa) üstün gəldilər.
Xatırladaq ki, yuxarıda adları çəkilən idmançılarla yanaşı, 48 kq çəkidə Darran Lanqley (İngiltərə), Ceyhun Əbiyev (Azərbaycan), Vyaçeslav Qocan (Moldova), Atagül Yalçınqaya (Türkiyə), 54 kq çəkidə Xavaci Xatsiqov (Belarus), Bahir Hassan (İsveç), Sərdar Avçı (Türkiyə), Ağası Məmmədov (Azərbaycan), 60 kq çəkidə Marius Koperski (Polşa), Murad Xarçev (Rusiya), Vladimir Kravets (Ukrayna), Anatoli Naviçok (Belarus), 81 kq çəkidə Kamara Babakar (İsveç), Əli İsmayılov (Azərbaycan), Konstantin Becenaru (Rumıniya), Məhəmməd Arifhacıyev (Belarus) da yarımfinala çıxmışlar.