İQTİSADİYYAT
“İNQOSSTRAX” BAKIDA NÜMAYƏNDƏLİYİNİ AÇMIŞDIR
“İnqosstrax”ın ölkəmizdə rəsmi nümayəndəliyinin açılmasından məqsəd Azərbaycan ilə Rusiya arasında ticarət-iqtisadi əməkdaşlığın iştirakçılarının sığorta müdafiəsini təmin etmək, ölkələr arasında işgüzar əlaqələrin inkişafına kömək göstərmək, Azərbaycanın milli sığorta bazarının inkişafına dair monitorinq keçirmək və “İnqosstrax”ın respublikamızda fəaliyyətinin genişləndirilməsi yollarını axtarıb tapmaqdır.
Rusiya bazarında və beynəlxalq bazarda 1947-ci ildən fəaliyyət göstərən “İnqosstrax” beynəlxalq əməliyyatlarının və xarici tərəfdaşlarının sayına görə Rusiya sığorta şirkətləri arasında liderdir.
Şirkət ən iri beynəlxalq sığorta və təkrar sığorta şirkətləri, broker firmaları ilə çoxillik əlaqələrə malikdir. “İnqosstrax”ın Azərbaycanda əsas tərəfdaşları “Atəşgah”, “Mbask” və “Azərbaycan Hava Yolları” sığorta şirkətləridir.