İQTİSADİYYAT
İŞĞAL OLUNMUŞ TORPAQLARIMIZ MÜTLƏQ GERİ ALINACAQDIR
Əvvəlcə, erməni vəhşiliklərinin qurbanlarının əziz xatirəsi birdəqiqəlik sükutla yad edilmişdir.
Mərkəzin müdiri, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Nizami Cəfərov ermənilərin və onların havadarlarının xalqımıza qarşı son iki əsrdə həyata keçirdikləri soyqırımı, torpaqlarımızda törətdikləri qanlı faciələr barədə həqiqətləri faktlarla diqqətə çarpdırmış, bu cinayətlərin planlı şəkildə davam etdirildiyini, minlərlə günahsız insanın xüsusi qəddarlıqla qətlə yetirildiyini, qəsbkar düşmənin işğalçılıq siyasətindən bu gün də əl çəkmədiyini vurğulamışdır.
Maarifçi gənclər İB-nin nümayəndələri Rəşad Bağırov, Bəkir Mahmudov, Mübariz Mustafayev, Səbinə Cəbrayılova və başqaları keçən əsrin əvvəllərində Bakıda, respublikamızın Şamaxı, Quba, Zəngəzur, Naxçıvan və s. bölgələrində ermənilərin xalqımızın başına gətirdiyi müsibətlərdən, ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanının siyasi və tarixi əhəmiyyətindən danışmışlar. Xalqımızın haqq işinin qalib gələcəyinə əmin olan natiqlər bildirmişlər ki, gənclərimiz işğal olunmuş əzəli Azərbaycan torpaqlarını hər an azad etməyə hazır olmalıdır. Bu müqəddəs vəzifəni yerinə yetirmək üçün hazırda ölkəmizin qüvvətli ordusu, əzmkar rəhbəri vardır!
Sonda Azərbaycan xalqının soyqırımı ilə bağlı beynəlxalq təşkilatlara müraciət qəbul olunmuşdur.