İQTİSADİYYAT
İSPANİYADA XOCALI SOYQIRIMININ 14-CÜ İLDÖNÜMÜ İLƏ BAĞLI TƏDBİR KEÇİRİLMİŞDİR
Mərasim iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər. İspaniya ictimaiyyətinin, mətbuatının, Madriddə yaşayan azərbaycanlıların iştirak etdiyi tədbirdə səfir M.Əliyev çıxış edərək Xocalı soyqırımı, bu qanlı faciəni törədənlər barədə məlumat vermiş, iştirakçıları əyani materiallarla tanış etmişdir.
Daha sonra Xocalı soyqırımının dəhşətlərindən bəhs edən sənədli film nümayiş etdirilmişdir.
Tədbirdə İspaniyanın ən böyük tirajlı və nüfuzlu “El Pais” qəzetinin müxbiri Mathieu de Taillaca və məşhur “La Razon” qəzetinin əməkdaşı Alberto Rubioya əlavə olaraq Xocalı faciəsi haqqında materiallar, video disklər və fotoalbomlar təqdim olunmuşdur. Erməni cəlladların törətdikləri vəhşiliklərdən dəhşətə gələn M.Taillac və A.Rubio çalışdıqları qəzetlərdə Xocalı soyqırımı ilə bağlı materiallar dərc etdirəcəklərini bildirmişlər.