SİYASƏT
İSVEÇRƏDƏKİ SOYDAŞLARIMIZ VƏ AZƏRBAYCANSEVƏRLƏR ETİRAZ MİTİNQİ KEÇİRİBLƏR
İsveçrə Parlamentinin qondarma “erməni soyqırımı”nı tanıması bu ölkədə yaşayan soydaşlarımızın və Azərbaycansevərlərin ciddi etirazına səbəb olmuşdur.
Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a daxil olan məlumatda deyilir ki, bu ölkədə fəaliyyət göstərən İsveçrə Ülkücü Türk Dərnəkləri Federasiyası və İsveçrə-Azərbaycan Dostluq Cəmiyyəti parlamentin qərarı ilə bağlı deputatlara etiraz məktubları göndərmişlər. Göndərilən məktubların nəticəsiz olduğunu görən İsveçrə Ülkücü Türk Dərnəkləri Federasiyasi və İsveçrə-Azərbaycan Dostluq Cəmiyyəti yanvarın 10-da saat 14.00-dan 17.00-dək Sürix şəhərində etiraz mitinqi keçirmişlər.