Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edir

Bakı, 7 yanvar, AZƏRTAC

Hər il olduğu kimi, ötən il də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələri uğurlu olub. Məlumdur ki, ölkəmiz UNESCO və onun Ümumdünya İrs Komitəsi ilə sıx əməkdaşlıq edir. Bunun nəticəsi olaraq, Ümumdünya İrs Komitəsinin növbəti sessiyası 2019-cu ildə Bakı şəhərində keçiriləcək. Qoruq İdarəsi də UNESCO-nun Dünya İrs Komitəsinin sessiyalarında aktiv iştirak edir, abidələrin konservasiyası sahəsində yenilikləri yaxından izləyir və görülən işlər barədə digər ölkələrin nümayəndələrini məlumatlandırır.

İdarədən AZƏRTAC-a bildirilib ki, qurum UNESCO Ümumdünya İrs Mərkəzi ilə yanaşı, digər beynəlxalq platformalarda da aktiv iştirak edərək, İçərişəhərin tanıdılması istiqamətdə işlər görür. İdarə tarixi şəhərlər üzrə ixtisaslaşmış bir neçə beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Bu təşkilatlardan biri Dünya İrsi Şəhərləri Təşkilatıdır (OWHC). 2018-ci il bu təşkilatla da əlaqələrin inkişaf etdirilməsi baxımından əlamətdar il olub. Ötən ilin may ayında idarə Slovakiyanın Banska Stiavnica şəhərinin Mərkəzi və Şərqi Avropadan olan Üzv Dövlətlərin iştirakı ilə OWHC tərəfindən keçirilən 12-ci Regional Konfransa dəvət olunub. Əsas müzakirə mövzusu Dünya İrs Şəhərlərinin qarşılaşdığı problemlər və gələcək perspektivləri olan konfransda idarənin təmsilçisi mədəni turizmin inkişaf istiqamətləri, tarixi irsin qorunması və tarixi ərazilərə turistik marağın artırılması strategiyaları haqqında çıxış edib. Həmçinin İçərişəhərdə tarixi irsin qorunması ilə bağlı həyata keçirilən işlər və gələcək planlar haqqında da iştirakçılara məlumat verilib. Ən başlıcası isə 2018-ci ilin oktyabr ayında OWHC-nın Direktorlar Şurasının iclasına məhz “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ev sahibliyi edib. İclas “Müasir Azərbaycandan Tarixi Şirvanşahlar Dövlətinə Səyahət” adlı beynəlxalq elmi konfrans çərçivəsində təşkil olunub. Direktorlar Şurasının iclası üzv şəhərlərə öz mədəni və tarixi irsini tanıtmaq üçün əlverişli imkan yaradıb. Bu baxımdan iclasın beynəlxalq elmi konfrans çərçivəsində təşkil edilməsini kifayət qədər uğurlu bir addım hesab etmək olar.

İdarə muzeylər sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlardan biri olan Avropa Muzey Təşkilatlarının Şəbəkəsi (NEMO - The Network of European Museum Organisations) ilə də qarşılıqlı faydalı əməkdaşlıq edir. Ötən ilin noyabr ayında idarənin əməkdaşları təşkilatın XXVI illik konfransında iştirak edərək ikitərəfli görüşlər keçirmiş, seminar və müzakirələrdə mədəni irsin qorunmasına dair fikirlərini bölüşmüşlər. Ümumilikdə, idarə mütəmadi olaraq NEMO-nun müasir muzey strategiyaları üzrə təlimlərində fəal iştirak edir, simpoziumlarda çıxış edən əməkdaşlar İçərişəhərin irsi və turizm imkanları haqqında müxtəlif ölkələrin nümayəndələrinə məlumat verirlər. Bunun nəticəsi kimi, hazırda qurum tərəfindən 2021-ci ildə illik konfransının məhz Bakıda keçirilməsi razılığı əldə edilib.

Eyni zamanda, idarə 2011-ci ildə Şəhər Merlərinin Razılaşması, 2017-ci ilin avqust ayında isə İqtisadi İnkişaf naminə Merlərin Katibliyi təşəbbüsünə qoşulmuş və bu təşəbbüs daxilində müxtəlif tədbirlərdə iştirak edib. Bu layihənin nəzdində ötən ilin noyabrın 22-23-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşları Ukraynanın Kiyev şəhərində “Bələdiyyələrin Davamlı İnkişafda rolu” mövzusunda yüksək səviyyəli konfransda iştirak ediblər.

İdarə son illər bir sıra beynəlxalq turizm sərgilərində də iştirak edir. Bu sərgilərdə İdarənin təmsilçiləri tərəfindən ümumdünya mədəni irsinin ayrılmaz hissəsi olan İçərişəhərin cəlbedici turizm məkanı kimi tanıdılması istiqamətində müəyyən işlər görülüb. Ötən ilin birinci yarısında Berlin, Moskva, Pekin və Dubay şəhərlərində keçirilən sərgilərdə iştirak edən qurumun əməkdaşları xarici ölkə təmsilçilərinə İçərişəhərin turistik potensialı ilə yanaşı, vətənimizin maddi-mənəvi dəyərləri haqqında məlumat verərək yeni turizm şirkətləri ilə əlaqələr yaradılıb.

Bundan əlavə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 2018-ci ilin iyun ayında Türkmənistanın Elmlər Akademiyası tərəfindən Aşqabad şəhərində keçirilmiş “Elm, texnika və informasiya texnologiyaları əzəmət və xoşbəxtlik dövründə” adlı beynəlxalq konfransda ölkəmizi təmsil edib. Türkmənistanın “Elm günü”nə həsr edilən tədbirdə əməkdaşımız “Muzey işində innovasiya texnologiyalarının tətbiqinin araşdırılması və məqsədli marketinq” mövzusunda məruzə ilə çıxış edərək Qoruq İdarəsinin muzey işinin təşkili strategiyaları, müasir texnologiyalardan istifadənin müsbət təsirləri barəsindəki təcrübəsini konfrans iştirakçıları ilə bölüşüb.

İyulda idarənin əməkdaşı, həmçinin “Mədəni Dialoq - Vahid Dünya” beynəlxalq fondunun “Etnodünya” layihəsi çərçivəsində mədəni sahədə əməkdaşlıq etmək məqsədilə Rusiyanın Kaluqa bölgəsinə səfərdə olub. Görüş zamanı “Etnodünya” konsepsiyasının “Qala” Tarix Etnoqrafiya Qoruğunda tətbiq edilməsi ilə bağlı müzakirələr aparılıb.

Noyabr ayında idarə ilə İslam Tarixi, İncəsənəti və Mədəniyyəti üzrə Tədqiqat Mərkəzi arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Üç illik əməkdaşlıq çərçivəsində İslam dövlətlərinin ənənəvi incəsənəti üzrə festival və konqres, təlimlər və “workshop”lar kimi bir sıra beynəlxalq tədbirlərin keçirilməsi planlaşdırılır.

Ümumilikdə, idarə beynəlxalq təşkilatlarla əməkdaşlığı daha da genişləndirməyi və İçərişəhərin rifahı naminə yeni bilik və peşə bacarıqlarına yiyələnməyi daim diqqətdə saxlayır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır