MƏDƏNİYYƏT


İçərişəhərin Qala divarlarına qanunsuz çəkilən qraffitilər silinib

Bakı, 3 oktyabr, AZƏRTAC

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Qala divarlarında qanunsuz olaraq çəkilən qraffiti izlərini tamamilə silib.

Qoruq idarəsindən AZƏRTAC-a bildirilib ki, İçərişəhər və Qala qoruqları Azərbaycan Respublikasının tarixi irsinin bir hissəsidir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin prioritet istiqamətlərindən biri də dünya, ölkə və yerli əhəmiyyətli abidələrin qorunmasıdır.

Məlumatda qeyd olunub ki, son bir il ərzində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi dəfələrlə vandalizm aktları ilə qarşılaşıb. Monitorinq nəticəsində qoruq ərazisində 70-dən “yazı” və qraffiti aşkarlanıb. Bir müddət əvvəl ictimaiyyətə dünya əhəmiyyətli abidə olan Qala divarlarına qarşı vandalizm aktı barədə məlumat verilmişdir. Qala divarını zədələyən şəxslər vaxtında müəyyən edilib və barələrində qanuni tədbirlər görülüb.

Bildirilib ki, Qala divarında vandalizm izlərinin aradan qaldırılması istiqamətində aparılan bərpa işləri ötən həftə başa çatdırılıb. İş beynəlxalq təcrübəyə malik mütəxəssislərin nəzarəti altında yerli heyət tərəfindən həyata keçirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.