CƏMİYYƏT


İctimai asayişi pozaraq xuliqanlıq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb VİDEO

Bakı, 20 sentyabr, AZƏRTAC 

Bir neçə gün əvvəl Xətai rayonu General Şıxlinski küçəsi 2 saylı ünvanda yerləşən marketdən 20 manat dəyərində yağ oğurlayan Timurbulatov Dmitri Vladimiroviç həmin mağazanın işçiləri tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mağaza rəhbərliyi və satıcılar oğurluq hadisəsi barədə polisə məlumat verməyərək həmin şəxsin bədəninin müxtəlif yerlərinə qəsdən təpik və yumruqla vuraraq xuliqanlıq ediblər.

İctimai asayişi pozaraq xuliqanlıq etməkdə şübhəli bilinən mağazanın icraçı direktoru Anar İsayev, satıcılar Tahir Rəşidov və Elşən Məmmədov Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar. Araşdırma zamanı məlum olub ki, mağazadan oğurluq edilməsini əvvəlcə satıcılar aşkar ediblər. Onlar mağaza direktoruna məlumat verib D.Timurbulatovu saxlayandan sonra onu xuliqanlıq zəminində döyüblər.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb. Qeyd edilən hadisə isə bağlı müvafiq istintaq hərəkətləri davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.