Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

“İki sahil” Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb

Bakı, 20 sentyabr, AZƏRTAC

“İki sahil” qəzetinin 20 Sentyabr - Neftçilər Gününə həsr olunmuş növbəti xüsusi buraxılışı çapdan çıxıb.

AZƏRTAC xəbər verir ki, 84 səhifəlik xüsusi buraxılış Azərbaycanın neft-qaz sənayesinin 24 ildə keçdiyi inkişaf yolunu, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsinə davamlı töhfələr verən SOCAR-ın və onun struktur bölmələrinin fəaliyyətini əks etdirən maraqlı yazıları, foto şəkilləri və yüksək poliqrafik tərtibatı ilə diqqət çəkir.

Xüsusi buraxılışda Ümummilli Liderin bugünkü uğurlarımıza inam və əminliyi ifadə edən bir tezisi qeyd olunur: “Əsrin müqaviləsi” ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmləndirilməsi üçün gözəl imkan yaradacaq. İnanıram ki, XXI əsr Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaq”.

Azərbaycan bu gün neft strategiyasının davamlı uğurlarını yaşayır. Prezident İlham Əliyevin xüsusi buraxılışda yer alan bu fikri Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası nəticəsində dünyanın enerji təhlükəsizliyinin təminatında artan roluna, regional əməkdaşlıqdan beynəlxalq əməkdaşlığa doğru atılan addımlara işıq salır: “Azərbaycan qazı yeni mənbədir və “Cənub Qaz Dəhlizi” yeni enerji damarıdır. Avropanın enerji xəritəsini yenidən tərtib edən layihədir.”

SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayevin “SOCAR öz inkişafının yeni mərhələsinə qədəm qoyur” sərlövhəli yazısında Azərbaycanın enerji sektorunda qazandığı uğurlar təhlil edilərək, xüsusi vurğulanır ki, dövlətimizin başçısı İlham Əliyevin uzaqgörən strateji kursu və qarşımızda qoyduğu vəzifələr SOCAR-ı qlobal brend səviyyəsinə qədər yüksəltdi. Bu uğurlar, eyni zamanda, Azərbaycan neftçilərinin fədakar əməyindən, zəngin təcrübəsindən və peşəkarlığından qaynaqlanır. SOCAR və Azərbaycan üçün taleyüklü olan cari ildə əsas layihələrin tamamlanması inkişafın son nöqtəsi deyil, məhz dönüş nöqtəsidir ki, qarşıda yeni üfüqlər açır və yeni çağırışlar gətirir. Odur ki, əvvəlki layihələr hələ tamamlanmamış yeni layihələrin təməlini qoymaq SOCAR-ın qarşısında duran ən mühüm vəzifədir.

Məqalədə qeyd edilir ki, müstəqiliyimizin ilk illərində SOCAR-ın qarşısında duran əsas vəzifələri ölkə iqtisadiyyatının dirçəlməsi, bu məqsədlə neft hasilatını artırmaq və dənizin dərinsulu hissəsində yeni yataqların işlənməsi üçün xaricdən investisiya və texnologiyalar cəlb etmək idisə, artıq hədəflər dəyişib. SOCAR indi daxili imkanları hesabına müasir dərin dəniz özülləri inşa edir, quraşdırır, istismar edir, dənizin böyük dərinliklərində qazma işlərini yerinə yetirir, ən müasir standartlar səviyyəsində sənaye müəssisələri qurur, böyük transmilli layihələrdə operator qismində iştirak edir, xarici bazarlara sərmayə yatırır.

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin “Azərbaycanın neft və qaz strategiyası: genişlənən üfüqlər” sərlövhəli yazısında isə qeyd edilir ki, ulu öndər Heydər Əliyevin qısa müddətdə işləyib hazırladığı neft və qaz strategiyası müstəqilliyimizin ilk illərində Azərbaycanın yaşadığı iqtisadi böhranın aradan qaldırılmasında lokomotiv rolunu oynadı. Xarici ölkələrin məşhur neft şirkətləri ilə 1994-cü ilin martında Bakıda başlanmış, may ayında İstanbulda və iyulun 21-dən sentyabrın 4-dək Amerika Birləşmiş Ştatlarının Hyüston şəhərində davam etdirilmiş gərgin danışıqlar həmin il sentyabrın 20-də Bakıda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin birgə işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında, sonralar dünyanın neft ictimaiyyəti və mediasının haqlı olaraq “Əsrin müqaviləsi” adlandırdığı məşhur sazişlə nəticələndi.

Yazıda “Əsrin müqaviləsi”nin imzalanmasından ötən dövr ərzində əldə olunan uğurlara, həyata keçirilən layihələrə bir daha diqqət yönəldilərək, ötən ilin sentyabrında “Azəri-Çıraq-Günəşli” yataqlarının birgə işlənməsinə dair 1994-cü ildə 30 il müddətinə bağlanmış sazişin, yəni “Əsrin müqaviləsi”nin vaxtının uzadılması haqqında müqavilənin imzalanmasından geniş bəhs edilir. Vurğulanır ki, yeni müqavilədə Azərbaycan üçün olduqca sərfəli şərtlər müəyyən edilib. 2050-ci ilədək AÇG-dən daha 500 milyon tona qədər neft hasil ediləcək və o vaxtadək bu yataqlara indiyədək qoyulduğu qədər, yəni daha 43 milyard dollar sərmayə qoyulacaq.

Xüsusi buraxılışda SOCAR-ın ayrı-ayrı sahələrdə tətbiq etdiyi yeniliklər, təcrübələr, qazandığı uğurlar ətraflı şəkildə ictimaiyyətə çatdırılır. “Korporativ idarəetmə prinsiplərinə xüsusi önəm verilir”, “Qabaqcıl texnologiya və idarəetmənin tətbiqində yeniliklər”, “SOCAR istiqrazları: təkrar bazar əməliyyatlarının həcmi 160 milyon ABŞ dollarını ötüb”, “Milliləşdirmə siyasəti: Əmin addımlarla qarşıdakı hədəfə doğru”, “SOCAR xaric ölkələrdəki fəaliyyətini uğurla davam etdirir”, “Neft-qaz sənayesinə sərmayə qoyuluşu 100 milyard ABŞ dollarına yaxınlaşır”, “SOCAR-ın təsisçiliyi ilə yaradılan müəssisələrin fəaliyyəti neft və qaz sənayesinin əksər sahələrini əhatə edir”, “Neft-qaz emalı: keyfiyyət yüksəlir”, “STAR” NEZ, Karbamid Zavodu və “SOCAR Polymer”: milli sərvətimizə əlavə dəyər”, “Strateji inkişaf layihələri gələcək üçün təminatdır”, “Xəzər hövzəsindəki yeni yataqlar gələcək perspektivlərdən xəbər verir”, “Yenidənqurma və modernizasiya: keyfiyyət göstəriciləri yüksəlir”, “Yeni texnologiyalar, yeni əməkdaşlığa açılan imkanlar”, “Nəqliyyat sisteminin stimullaşdırılması günün əsas tələblərindəndir”, “Neftçilərin mənzil şəraitinin yaxşılaşdırılması sosial məsuliyyətin tərkib hissəsidir”, “Yüksək səviyyəli iş şəraiti, uğurlu istehsalat göstəriciləri”, “Sağlamlığın təminatı uğurlar üçün əsasdır”, “Müasir dövrün tələblərinə cavab verən yüksək ixtisaslı fəhlə kadrlar hazırlanır”, “İnsan kapitalının idarə edilməsində beynəlxalq təcrübə”, “Neft-qaz sektorunda İKT-nin inkişafı prioritet sahələrdəndir”, “Bakı Ali Neft Məktəbi təhsildə yeni rekordlara imza atır”, “Qarşıdakı hədəf: ölkə üzrə qazlaşdırma 95 faizə çatdırılmalı”, “Ekologiya sahəsində beynəlxalq əməkdaşlıq və qazanılan uğurlar”, “Lay suları və tullantıların idarə edilməsi, torpaqların təmizlənməsi, ekoloji monitorinqlər”, “Ekologiyanın və təbiətin mühafizəsinə böyük dəstək”, “Geoloqların əsas vəzifəsi: yeni sahələri öyrənmək, perspektivliliyi və riskləri qiymətləndirmək və qazmaya hazırlamaq”, “Yataqların səmərəli işlənməsi üçün müasir geoloji və hidrodinamik modellərdən istifadə olunur”, “İstehsal sahələrinin fasiləsiz istismarı cari və əsaslı təmir tələb edir”, “Asudə vaxtın təşkili, aztəminatlı ailələrə dəstək”, “Neftin qiymətinin artmasında müsbət dinamikanı şərtləndirən amillər”, “Neft məhsullarının ixracı artıb”, “SOCAR-ın reytinq proqnozu stabil inkişaf edir”, “Əsrin müqaviləsi”ndən başlanan yolun uğurları”, “Qazmada tətbiq edilən müasir texnologiyalar, əldə olunan yüksək göstəricilər” sərlövhəli yazılar Neftçilər Günü ilə bağlı son bir ildə görülən işlərin qısa hesabatını və növbəti ilin hədəflərini açıqlayan dəyərli mənbələrdir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Polşa və Avstraliya təhlükəsizliyə dair saziş imzalamaq niyyətindədirlər

Minsk və Pekin hərbi sahədə uzunmüddətli perspektivdə əməkdaşlıq istiqamətini müəyyən ediblər

Cənubi Afrikada məhkəmə doqquz nəfəri 10 min ildən çox həbs cəzasına məhkum edib

Ekvadorda helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub

Kral Çarlz növbəti həftədən ictimai vəzifəsinə davam edəcək

Avropa İttifaqı Moldova müxalifətinə qarşı sanksiyaların müddətini bir il uzadıb

Pentaqon rəhbəri Ukraynaya dəstəyin təfərrüatlarını açıqlayıb

Peter Siyarto: Macarıstan təzyiqlərə baxmayaraq, müstəqil mövqeyini qoruyacaq

Türkiyədə 20-ci Ankara kitab sərgisi açılıb

Daşkənddə Azərbaycan kitabları sərgilənib

Arda Gülərin yeganə qolu "Real Madrid"ə vacib üç xal qazandırıb

ADPU-da Elmi Şuranın iclası: reytinq qiymətləndirilməsinin nəticələri təqdim olundu

“Əsrin müqaviləsi” Azərbaycanın davamlı inkişafının təməlidir

“Əsrin yaşıl müqaviləsi” Azərbaycanın dəniz külək enerjisi ilə bağlı arzusunu reallığa çevirə bilər

Mərakeş Kralı COP29-a dəvət olunub

Türkiyə Prezidentinin ABŞ-a səfəri təxirə salınıb

MEK-də akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş sərgi açılıb

Siyasi şərhçi: Türkiyə təkcə qardaşı olduğu üçün deyil, həm də haqlı olduğu üçün Azərbaycanın yanındadır

Avropol əntiq kitabların kütləvi oğurluğunu ifşa edib

Fransada məktəbliləri daşıyan iki avtobus yük maşını ilə toqquşub

Media: Misir-İsrail görüşündə Qəzza ilə bağlı əhəmiyyətli irəliləyiş əldə edilib

Azərbaycan millisinin voleybolçusu Rumıniya klubundan ayrılıb

Dövlət Komitəsində amerikalı qonaqlarla görüş

Superliqa: "Qalatasaray" üç xalı üç qolla qazanıb

“Muzeydə musiqili axşamlar” layihəsi “Duet” proqramını təqdim edir

"Ədibin evi"ndə Mir Cəlal Paşayevin 116 illik yubileyinə həsr olunmuş tədbir keçirilib

Ağdamda keçirilən əmək yarmarkasında 222 vakansiya təqdim olunub

Dmitri Savelyev: Cənubi Qafqazda sülhün və sabitliyin qorunması bütün Avrasiya üçün qlobal təhlükəsizlik məsələsidir

Zərifə xanım Əliyevanın oftalmologiya elminin inkişafındakı xidmətləri əvəzsizdir

TBMM-in üzvü: Şuşa özünün dəyərləri və mədəniyyəti ilə çox fərqli bir yerdir

Şərurun avtomobil yollarında yeni nişanlar quraşdırılıb

Monteneqro Baş nazirinin müavini: Ölkələrimiz arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır

Bakı Marafonu üçün 15 mindən çox iştirakçı qeydiyyatdan keçib

Qırğız Mədəniyyəti Günlərinin bağlanış mərasimi keçirilib

Almaniyadakı Azərbaycan diasporunun üzvləri Prezident İlham Əliyevi böyük coşqu ilə qarşılayıblar

Yelena Haqverdiyeva – rəssam və ilham pərisi

Azərbaycan və Monteneqro parlamentləri arasında əlaqələr müzakirə olunub

Azərbaycan Basketbol Liqası: "Neftçi" çempionatın son oyununda "Sərhədçi"ni məğlub edib

Mənəvi dəyərlərin təcəssümü: qəlblərdə yaşayan nurlu insan

Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri başa çatıb

Hidayət Heydərov dördqat Avropa çempionu olub

Gəncə Autizm Mərkəzinin fəaliyyətinin dəstəklənməsi məqsədilə xeyriyyə gecəsi təşkil edilib

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB-2 VİDEO

SOCAR ilə “Azərxalça” ASC-nin əməkdaşlığı nəticəsində hazırlanan müxtəlif ölçülü xalçaların kəsim mərasimi keçirilib

Bu il 4 minə yaxın şəxsə evlərində sosial-məişət xidməti göstərilib

Ağdamda Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi qrupun iclası keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

Prezident İlham Əliyevin Rusiyaya səfəri regionda təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu bir daha təsdiqlədi - RƏY

Energetika naziri Biləsuvarda vətəndaşların müraciətlərini dinləyib

Məşhur Rusiya aktyorları Bakı şəhərində gəzintiyə çıxıblar

Heydər Əliyev Fondu ilə Türkiyənin Sıfır Atık Fondu arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında görüşlər keçirilib

Prezident İlham Əliyevin Berlində Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

® Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatıb

ÜST və TƏBİB Avropa İmmunlaşdırma Həftəsi ilə bağlı silsilə tədbirlərə başlayıb

Məhkumlar narkomaniyanın sağlamlığa mənfi təsiri barədə məlumatlandırılıb

Gürcüstanın Baş naziri Avropa Parlamentini sərt tənqid edib

Qırx beş məktəbdə metodistlərin fəaliyyətinin monitorinqi davam edir

Bakının Elşən Süleymanov küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Cəzaçəkmə müəssisəsində narkomaniyanın cəmiyyətə vurduğu sosial bəlalardan bəhs olunub

Badam bağları və kartof sahələrində fitosanitar monitorinqlər aparılıb

İstanbulda terror aktı törədən qadın 1794 il həbs cəzasına məhkum olunub

Uzunmüddətli reabilitasiya xidmətlərinin tətbiqi üçün Nazirlər Kabinetinə ünvanlanan təkliflər hazırlanıb

Rəqəmsal radio texnologiyasının avtomobillərdə tətbiqi müzakirə olunub

Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə təkbətək görüşü olub  YENİLƏNİB VİDEO

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşa şəhəri ilə tanış olublar – YENİLƏNİB VİDEO

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB-2 VİDEO

Məktəblilərimiz 58-ci Beynəlxalq Mendeleyev Kimya Olimpiadasında uğur qazanıblar

“Azərkosmos” “Türksat”ın yeni peyk texnologiyalarından faydalanacaq

Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışının təşkili ilə bağlı kompleks tədbirlər müzakirə olunub

“Yanındayıq” mentorluq layihəsinə müraciət edən müəllimlərlə görüş təşkil olunub

Azərbaycanda ilk dəfə olaraq "Usta Mənəm!" müsabiqəsi keçiriləcək

Bakı Ali Neft Məktəbində “Gənclər sağlam həyat tərzi seçir” mövzusunda maarifləndirmə tədbiri keçirilib

Corc Vaşinqton Universiteti ilə ADPU-nun ikili diplom proqramı çərçivəsində təlimlər keçirilib

“Gələcəyin zəkası” layihəsinə müraciət edən iştirakçılarla görüş keçirilib

Vətən Müharibəsi Qəhrəmanı Ceyhun Həsənovun büstünün açılışı olub

Coğrafiyaçı alimlər beynəlxalq konfransda demoqrafiya mövzusunda məruzə ediblər

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvanda vətəndaşları qəbul edib

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Elm və Təhsil Nazirliyinin Çağrı Mərkəzinin yeni fəaliyyət istiqaməti istifadəyə verilib

Britaniyada dəri xərçənginə qarşı yeni peyvənd sınaqdan keçirilir

Hakimlərin müstəqilliyinin gücləndirilməsi üçün qanunvericiliyə sonuncu dəyişikliklər Avropada yüksək qiymətləndirilib

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək