ELM VƏ TƏHSİL


İlahiyyat İnstitutunda Qurban bayramı ilə əlaqədar vebinar təşkil edilib

Bakı, 16 iyul, AZƏRTAC

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) Qurban bayramı ilə əlaqədar vebinar keçirilib.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, “ZOOM” proqramı vasitəsilə təşkil olunan tədbirdə Aİİ-nin rəhbər heyəti, müəllimlər və tələbələr iştirak ediblər.

Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov qarşıdan gələn müqəddəs Qurban bayramı münasibətilə tədbir iştirakçılarını təbrik edib. Rektor istər qurban kəsimi, istərsə də bayram namazı və bayramlaşma zamanı xüsusi karantin rejiminin qaydalarına və Qafqaz Müsəlmanları İdarəsinin tövsiyələrinə riayət etməyin vacibliyini diqqətə çatdırıb.

Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayev İslamda Qurban ibadətini tarixi və dini baxımdan izah edib, bayram haqqında ətraflı məlumat verib.

Müfti Hacı Salman Musayev Aİİ tələbələrinin üzərinə düşən məsuliyyəti qeyd edib. Bildirilib ki, ali təhsil müəssisəsini bitirən tələbələr İslam dinini doğru şəkildə araşdırmalı və düzgün formada insanlara çatdırılmasında məsuliyyətli olmalıdırlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.