DÜNYA
İlon Mask Trampı Tvitter şəbəkəsinə qaytarmaq istəyir
Vaşinqton, 11 may, AZƏRTAC
Milyarder İlon Mask ABŞ-ın sabiq prezidenti Donald Trampı tviter şəbəkəsinə qaytarmaq niyyətindədir.
AZƏRTAC xəbər verir ki, Mask bu niyyətini CNBC telekanalının efirində bəyən edib.
Milyarder deyib: “Fikrimcə, Donald Trampın tviterdən kənarlaşdırılması səhv addım olub, çünki ölkənin çox hissəsi buna narazılığını bildirir və bu addım Donald Trampın səs hüququnu əlindən almayıb”.
Xatırladaq ki, aprel ayının sonunda İlon Mask dünyada ən populyar və nüfuzlu sosial şəbəkələrdən biri olan tviterin mikrobloqlar servisini 44 milyard dollara alıb. 2021-ci il yanvarın 6-da ABŞ-ın ovaxtkı prezidenti, seçkilərdə məğlub olmuş Donald Trampın tərəfdarları Kapitoli binasına soxulublar. Kapitoliyə hücumdan sonra feysbuk, instaqram və tviter kimi əsas sosial şəbəkələr Trampın səhifələrini 24 saatlıq bloklayıblar. Sonradan tviter şəbəkəsi Trampın səhifəsini həmişəlik bağlayıb. Bunun ardınca feysbuk və instaqram şəbəkələri də Trampı bloklayıblar. İndi Tramp özünün onlayn platformasını yaratmaq və sosial şəbəkələr aləminə qayıtmaq fikrindədir.
AZƏRTAC-ın Vaşinqton bürosu