REGİONLAR


İmişlidə “ASAN teatr" festivalına start verilib

İmişli, 9 fevral, Mahir Babayev, AZƏRTAC

"ASAN Könüllüləri" Təşkilatının təşkilati, Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə fevralın 9-da İmişli “ASAN həyat” kompleksində "ASAN teatr" festivalına start verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, festival çərçivəsində Cəlil Məmmədquluzadənin eyniadlı əsəri əsasında hazırlanmış "Poçt qutusu" tamaşası nümayiş olunub.

Festivalın məqsədi Azərbaycan mədəniyyətinin qədim, zəngin tarixini ictimaiyyətə nümayiş etdirmək və gənclərin dünya görüşünün formalaşmasına yönəlmiş tədbirlərin təşkilindən ibarətdir.

Qeyd edək ki, fevralın 9-dan 23-dək davam edəcək festival çərçivəsində İmişli "ASAN həyat" kompleksində 5 tamaşa nümayiş olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.