REGİONLAR
İmişlidə beşmərtəbəli yaşayış binasında yanğın olub
İmişli, 12 fevral, Mahir Babayev, AZƏRTAC
İmişli rayonunda məcburi köçkünlərin yaşadığı binada yanğın baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gecə şəhərin Nəcməddin Savalanov küçəsində yerləşən məcburi köçkünlərin məskunlaşdığı binada baş verib.
Həmin binada yaşayan Füzuli rayon sakini Kərimov Arif Eldar oğluna məxsus mənzildə yanğın başlayıb və alov otağın birini bürüyüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin İmişli Yanğından Mühafizə hissəsinin texnika və canlı qüvvəsi cəlb edilib. Yanğın söndürülüb və digər mənzillərə keçməsinin qarşısı alınıb.
Hadisə zamanı xəsarət alan olmasa da, mənzilin 1 otağı yanaraq yararsız hala düşüb. Hazırda yanğının başvermə səbəbi araşdırılır.