REGİONLAR
İmişlidə qətl törədilib
İmişli, 3 dekabr, Aydın Yavərzadə, AZƏRTAC
İmişli rayonunda qətl törədilib. Hadisə rayonun Bəhrəmtəpə qəsəbəsində qeydə alınıb.
AZƏRTAC-ın bölgə müxbiri Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadla bildirir ki, dekabrın 2-də saat 19 radələrində İmişlidə rayon sakini, 1994-cü il təvəllüdlü İlkin Hüseynovun bıçaq xəsarətlərindən ölməsi ilə bağlı polis şöbəsinə məlumat daxil olub. Aparılan araşdırmalarla 2000-ci il təvəllüdlü, rayon sakini Xəyal Surxayevin şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək İ.Hüseynovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis və prokurorluq əməkdaşlarının keçirdiyi tədbirlərlə X.Surxayev şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırmalar davam etdirilir.