DÜNYA


İndoneziyada təkrar sunami təhlükəsi yaranıb

Bakı, 25 dekabr, AZƏRTAC

İndoneziyanın Sumatra və Yava adaları arasında yerləşən Sunda boğazındakı Anak-Krakatau vulkanında yeni partlayışlar səbəbindən təkrar sunami təhlükəsi elan olunub.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, hökumət orqanları həmin ərazilərdə yaşayan yerli sakinlərə və axtarış-xilasetmə qruplarına sahildən uzaqlaşmağı tövsiyə ediblər. “Tanjung Lesung” istirahət bölgəsindəki axtarış-xilasetmə qrupları və KİV nümayəndələri dənizdə iri dalğaları görərək təcili olaraq ərazini tərk edib.

Son məlumata əsasən, dekabrın 22-də İndoneziya sahillərində baş vermiş sunami nəticəsində həlak olanların sayı 429 nəfərə çatıb, 128 nəfər itkin düşüb, təxminən 1400 nəfər isə xəsarət alıb.

Hazırda təbii fəlakət zonasında axtarış-xilasetmə və təxliyə əməliyyatı davam edir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.