ELM VƏ TƏHSİL


İnformasiya Texnologiyaları İnstitutunda tədris yenidən təşkil olunur

Bakı, 12 sentyabr, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun növbəti onlayn iclası keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda tədrislə bağlı məsələlər və qarşıda duran vəzifələr müzakirə edilib.

Tədbirdə çıxış edən institutun direktoru, akademik Rasim Əliquliyev koronavirus pandemiyası ilə əlaqədar olaraq ölkədə tədrisin onlayn formada təşkil edildiyini xatırladıb. Diqqətə çatdırıb ki, qarşıda duran mühüm vəzifələrdən biri də magistratura, doktorantura və dissertantura ilə bağlı tədrisin yüksək səviyyədə təşkil olunmasıdır. İnstitutun Tədris-İnnovasiya Mərkəzində AMEA üzrə bütün magistrantlar üçün ümumi fənlərin tədrisi aparılır ki, yeni tədris ilində də bu istiqamətdə fəaliyyət müəyyən tələblər çərçivəsində davam etdiriləcək.

“Sentyabrın 15-i ölkəmizdə Bilik günüdür. Bu, bizim üçün bir çağırışdır ki, resurslarımıza yenidən baxaq, təhsilin məzmununu və təşkilati məsələləri geniş şəkildə müzakirə edək”, - deyə alim bildirib. Akademik əlavə edib ki, yeni tədris ilində institutun fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargahın, eləcə də Təhsil Nazirliyinin müəyyənləşdirdiyi tələblərə riayət edilməsi əsasında qurulmalıdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.