ELM VƏ TƏHSİL


İnformasiya Texnologiyaları İnstitutunun əməkdaşı beynəlxalq jurnalın redaksiya heyətinin üzvü seçilib

Bakı, 22 aprel, AZƏRTAC

AMEA İnformasiya Texnologiyaları İnstitutunun 9 saylı şöbəsinin baş mühəndisi, texnika üzrə fəlsəfə doktoru, dosent Şəfəqət Mahmudova “Bionika intellekta” elmi-texniki jurnalının redaksiya heyətinin üzvü seçilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, Xarkov Milli Radioelektronika Universitetinin nəşri olan bu jurnalda informatika və kibernetikanın nəzəri əsasları, intellekt nəzəriyyəsi, riyazi modelləşdirmə, sistemli analiz, qərar qəbulu, informasiyanın intellektual emalı, obrazların tanınması, informasiya texnologiyaları və proqram-texniki kompleksləri, tətbiqi və riyazi linqvistika və digər istiqamətləri əhatə edən məqalələr dərc olunur.

Jurnal “Google Scholar”, “Microsoft Academic”, “Academia”, “İndex Copernicus”, “ResearchGate” və s. bazalarda referatlaşır və indeksləşir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.