ELM VƏ TƏHSİL
İnformasiya cəmiyyətinin audio-video fəzalarının formalaşdırılmasının konseptual əsasları işlənilir
Bakı, 3 iyul, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) İnformasiya Texnologiyaları İnstitutunun yarımillik hesabatı müzakirə olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, texnika üzrə fəlsəfə doktoru Bikəs Ağayev altı ay ərzində görülmüş işlər haqqında məlumat verib. İlk olaraq elmi-tədqiqat işlərindən söz açan məruzəçi audioinformasiya texnologiyaları sahəsində informasiya cəmiyyətinin audio-video fəzalarının formalaşdırılmasının konseptual əsaslarının tədqiq olunduğunu bildirib. O, elektron tullantıların elmi və sosial-iqtisadi problemləri istiqamətində Azərbaycanda elektron tullantılar sahəsində mövcud problemlərin təhlil olunduğunu və onların həlli istiqamətində təkliflərin işlənildiyini diqqətə çatdırıb. B.Ağayev bildirib ki, bu dövrdə şöbə əməkdaşları tanınmış elmi jurnallarda məqalələr dərc etdirib, müxtəlif səviyyəli elmi-texniki konfrans və simpoziumlara qatılıblar.
Hesabatla bağlı müzakirələr aparılıb, bir sıra təkliflər səsləndirilib.