İDMAN


İngiltərə Futbol Assosiasiyası 2016/2017-ci il mövsümünün hesabatını təqdim edib

Bakı, 22 mart, AZƏRTAC 

İngiltərə Futbol Assosiasiyası 2016/2017-ci il mövsümünün hesabatını təqdim edib.

AZƏRTAC xəbər verir ki, vergiləri ödədikdən sonra assosiasiyanın gəliri 16 milyon funt təşkil edib.

İri beynəlxalq turnirdə iştirak etmədiyinə görə, İngiltərə Futbol Assosiasiyasının vəsait dövriyyəsi 376 milyon funtdan 351 milyon funtadək azalıb.

Hazırda təşkilatın xalis borcu (əvvəlki ildəki 174 milyona qarşı) 150 milyon funt təşkil edir.

Assosiasiya rekord məbləğdə vəsaiti - 127 milyon funtu İngiltərə futbolunun bütün mərhələlərinə sərmayəyə istifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.