İDMAN


İngiltərə Premyer Liqasının fevral ayı üçün ən yaxşı məşqçisi məlum olub

Bakı, 9 mart, AZƏRTAC

“Mançester Siti” klubunun baş məşqçisi Pep Qvardiola fevral ayında İngiltərə çempionatının ən yaxşı məşqçisi seçilib.

AZƏRTAC Premyer Liqanın rəsmi “Twitter” hesabına istinadla xəbər verir ki, azarkeşlər arasında aparılan səsvermə nəticəsində Qvardiola “Liverpul”un çalışdırıcısı Yurqen Klopu qabaqlayıb. “Mançester Siti” fevral ayında “Arsenal” (3:1), “Çelsi” (6:1), “Vest Hem” (1:0) və “Bormunt” (1:0) klublarını məğlub edib.

Qeyd edək ki, iyirmi doqquz turdan sonra “şəhərli”lər turnir cədvəlində 71 xalla birinci pillədə qərarlaşıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.