SİYASƏT


İordaniya telekanalının efirində Ermənistanın Azərbaycana qarşı təcavüzkarlığından danışılıb

Bakı, 14 oktyabr, AZƏRTAC

İordaniyanın “əl-Haqiqa əl-Duvaliyyə” telekanalının efirində Dağlıq Qarabağ münaqişəsinin tarixi və Ermənistanın Azərbaycana qarşı törətdiyi son təxribatlar haqqında danışılıb.

AZƏRTAC xəbər verir ki, “Cümə görüşü” verilişinin qonaqları olan İslam Əmək Cəbhəsi partiyasının liderlərindən biri Xalid əl-Cuhəni və iordaniyalı məşhur ictimai xadim, tarixçi və yazıçı, “Dağlıq Qarabağ münaqişəsi və beynəlxalq hüquq (Azərbaycan Respublikası)” kitabının müəllifi Ömər əl-Armuti Azərbaycanın tarixi, regionda oynadığı rol haqqında qısa məlumat verib, Ermənistanın ölkəmizin ərazisinin 20 faizini işğal etməsi və bu işğalın törətdiyi fəsadlar barədə söhbət açıblar.

Ömər əl-Armuti verilişdə Ermənistanın 1990-cı illərdə Azərbaycan ərazilərini işğal etdiyini və ATƏT-in Minsk qrupunun son 28 il ərzində fəaliyyətsizliyini tamaşaçıların diqqətinə çatdırıb. O bildirib ki, Azərbaycanın böyük hərbi potensialı və geniş iqtisadi imkanları var. Azərbaycan Qarabağ münaqişəsinin dinc, siyasi yolla tənzimlənməsinin tərəfdarı olsa da, Ermənistanın son təxribatlarına cavab vermək məcburiyyətində qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.