İQTİSADİYYAT
İpək Yolu nəqliyyat dəhlizinin Azərbaycan ərazisində sərnişin daşınması artıb
Bakı, 17 avqust (AZƏRTAC). Cari ilin yanvar-iyun aylarında İpək Yolu nəqliyyat dəhlizinin Azərbaycan ərazisində 149,4 milyon nəfər və ya 7,7 faiz çox sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, bu dövrdə İpək Yolu ilə daşınan yüklərin həcmi 28,1 milyon ton olub. Yüklərin 49,7 faizi avtomobil, 33,9 faizi dəmir yolu, 16,4 faizi dəniz nəqliyyatının payına düşüb. Avtomobil nəqliyyatı ilə daşınmalarda 5,7 faiz artım qeydə alınıb. Dəhliz vasitəsilə daşınmış yüklərin 22,5 faizini və ya 6,3 milyon tonunu tranzit yüklər təşkil edib.
Yük daşımaları fəaliyyətindən 242,5 milyon manat, sərnişin daşınmasından isə 52,3 milyon manat gəlir əldə olunub və müvafiq surətdə 7,1 faiz və 12,6 faiz artım qeydə alınıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [12:06]
AYNA taksi sürücüləri üçün təlimlərə başlayıb
- 28.08.2023 [17:30]
Daha bir küçədə sürət həddi endirilib
- 28.08.2023 [14:14]
“AzParking” mobil tətbiq istifadəçilərinin sayı artıb
- 25.08.2023 [08:20]
Bakıda hazırda sıxlıq müşahidə edilən yollar
- 24.08.2023 [19:15]
Paytaxtda avtobusların hərəkət intervalında gecikmələr müşahidə edilir
- 24.08.2023 [18:40]
Azərbaycan ilə Özbəkistan aviasiya sahəsində əlaqələri möhkəmləndirir
- 24.08.2023 [10:44]
ADY Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin alternativ marşrutunu təqdim edir
Almaniyada əsgər çatışmır
- [16:32]
BDU-da “Türk otağı” açılıb
- [16:13]
Xocalı al lalələrlə bəzənib FOTO
- [15:39]