İQTİSADİYYAT


İpoteka və Kredit Zəmanət Fondu güzəştli mənzillərin 80 faizdən çox hissəsinin satışı üçün kredit verib

Bakı, 29 sentyabr, AZƏRTAC

İpoteka və Kredit Zəmanət Fondu Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamında olan güzəştli mənzillərin satışının dəstəklənməsini həyata keçirir.

AZƏRTAC xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanəti Fondunun ipoteka kreditləri departamentinin direktoru Rasim Abdullayev deyib.

“2018-ci ildən etibarən 2904 şəxsə 128,6 milyon manat həcmində güzəştli ipoteka krediti, 38 şəxsə isə 1,3 milyon manat məbləğində adi ipoteka krediti verilib. MİDA-nın sərəncamında olan mənzillərin 80 faizdən çox hissəsinin satışı Fondun xətti ilə verilən güzəştli ipoteka krediti vasitəsilə həyata keçirilib”, - deyə R.Abdullayev qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.