SİYASƏT


İqor Sergeyenko: Belarus Azərbaycanla siyasi və iqtisadi əlaqələrin inkişafı üçün aktiv fəaliyyət göstərir

Minsk, 25 oktyabr, AZƏRTAC

Azərbaycan və Belarus prezidentləri İlham Əliyev və Aleksandr Lukaşenko arasında dost, yaxın münasibətlərin iki ölkə arasında əlaqələrə də sirayət edib. Ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin inkişaf etməsi üçün Belarus tərəfi daim aktiv fəaliyyət göstərir.

Azərbaycanın Belarusdakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, bu fikri səfir Ülvi Baxşəliyevlə görüşündə Belarus Prezidenti Administrasiyasının rəhbəri İqor Sergeyenko söyləyib.

Öz növbəsində səfir qeyd edib ki, Azərbaycanın Belarus ilə dost və strateji tərəfdaşlıq münasibətlərinə çox böyük önəm verir. Azərbaycanı dəstəkləyən dost ölkələr işğaldan azad olunmuş ərazilərin yenidənqurma işlərində iştirak edə bilər və Belarus da məhz bu ölkələrdən biridir.

Azərbaycanda keçirilən “BakuBuild” sərgisində Belarusun tikinti şirkətləri iştirak edib. Maraq kəsb etdiyi təqdirdə, bu şirkətlərin işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərində iştirak etməsi mümkündür.

Səfir Ülvi Baxşəliyev, həmçinin vurğulayıb ki, işğaldan azad olunmuş ərazilərimizdə hazırda Türkiyə, Rusiya və İtaliya şirkətləri aktiv təmir-bərpa işlərində iştirak edir. Minsk Avtomobil və Traktor Zavodları ilə əməkdaşlıq edən Gəncə Avtomobil Zavodu fəaliyyətini aktivləşdirib. Qeyd edib ki, bu il üçün 800-1000 traktorun istehsalı və azad olunmuş ərazilərdəki aparılan işlərə cəlb olunması gözlənilir.

Emil Hüseynli

AZƏRTAC-ın xüsusi müxbiri

Minsk

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.