CƏMİYYƏT


İradə İbrahimova: Azərbaycanda yeni bir rekorda imza atılacaq VİDEO

Bakı, 25 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə böyük şairimiz İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə noyabr ayının sonunda bir gündə 650 min ağacın əkilməsi ilə ölkəmizdə yeni bir rekorda imza atılacaq. Bu xeyirxah və nəcib təşəbbüs çərçivəsində hər kəs ağac əkmək fürsəti qazanacaq, yaşıllıqların, meşə sahələrinin nəzərəçarpacaq artımı baş verəcək.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib.

Onun sözlərinə görə ölkənin bütün bölgələrində bu tədbirə ciddi hazırlıq işləri gedir. Əkiləcək ağacların hamısı Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu ASC-nin və Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilib: “Bu nəcib təşəbbüsə qoşulmaqla həm böyük şairin ruhuna öz ehtiramımızı bildirəcək, həm də bir gündə 650 min ağac əkməklə ətraf mühitin sağlamlaşdırılmasında örnək bir addım atmış olacağıq. Hər kəsi bu möhtəşəm aksiyaya qoşularaq ağac əkməyə və əkilən ağaclara vaxtaşırı qulluq etməyə çağırırıq. Əkilən hər ağac sağlam gələcək, sağlam ətraf mühit deməkdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.