DÜNYA


İran Livana ikinci dəfə humanitar yardım göndərib

Tehran, 6 avqust, AZƏRTAC

İran Livana ikinci dəfə humanitar yardım göndərib.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumatı İranın Qırmızı Aypara Cəmiyyətinin rəhbəri Kərim Himməti məlumat verib. O bildirib ki, yardım 150 min dollar dəyərində tibbi ləvazimat və dərmanlardan, 55 ton ərzaq məhsulundan, 30 nəfər peşəkar həkimdən və bir neçə modul tipli səhra xəstəxanasından ibarətdir.

Bundan başqa İran partlama nəticəsində yaralanan livanlıları Tehran xəstəxanalarında müalicə olunmasını və müalicə xərclərini üzərinə götürmək təklifini də irəli sürüb.

İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi də Livan xalqına başsağlığı verərək İran tərəfindən lazım olan bütün yardımların göstəriləcəyini bəyan edib. Rəhbər bildirib ki, İran daim Livan xalqının və dövlətinin yanında olacaq.

Qeyd edək ki, avqustun 4-də Beyrut şəhərinin liman rayonunda bir neçə güclü partlayış baş verib. Partlayış dalğası şəhərdəki binaların yarısını dağıdıb və ya zədələyib. Son məlumata görə, insident nəticəsində 100-dən çox insan həlak olub, 4 minə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb, bir çoxu itkin düşüb, 300 min nəfər evsiz qalıb. Partlayışın ölkəyə azı 3 milyard dollar zərər vurduğu bildirilir. 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.