DÜNYA


İran ilə Rusiya Xəzərdə birgə hərbi təlim keçirəcəklər

Tehran, 8 yanvar, AZƏRTAC

İran ilə Rusiyanın Xəzər dənizindəki birgə hərbi təlimləri təhlükəsizliyi daha da möhkəmləndirəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri Siyasi və Hərbi Proqnozlaşdırma Mərkəzinin rəhbəri Anatoli Tsiqanok deyib. Onun sözlərinə görə, Xəzəryanı dövlətlərin dənizə kənar ölkələrin hərbi dəniz qüvvələrini buraxmamaq haqqındakı qərarı çox düzgündür və təhlükəsizliyin davamlı olmasına xidmət edir. Xəzərdə ən güclü hərbi donanmaya İran ilə Rusiya malikdir. Bu dövlətlər də dənizin təhlükəsizliyini təmin etməlidirlər.

Ekspert diqqətə çatdırıb ki, Xəzəryanı dövlətlərin Xəzər dənizindəki hərbi əməkdaşlığı terrorçuluğun, narkotik vasitələrin qaçaqmalçılığının və qanunsuz miqrasiyanın qarşısını səmərəli alar.

Xatırladaq ki, ötən gün İranın Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Hüseyn Xanzadə İran ilə Rusiyanın Xəzər dənizində birgə geniş hərbi təlimlər keçirəcəklərini bəyan etmişdi.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.