DÜNYA


İran min kilometr məsafəni qət edən ballistik raket istehsal edib

Bakı, 8 fevral, AZƏRTAC

İran min kilometrlik məsafəni qət edən yeni ballistik raket istehsal edib.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, ballistik raketin təqdimat mərasimində İran İslam İnqilabının Keşikçiləri Korpusunun generalı Məhəmməd Əli Cəfəri ölkəsinə tətbiq edilən sanksiyaların İranın müdafiə qüdrətinə heç bir şəkildə təsir etməyəcəyini deyib.

Yeni ballistik raket 700 kilometrlik məsafəli “Zülfüqar” raketindən 300 kilometr daha çox məsafə qət edəcək.

Hazırda İran müstəqil surətdə tank, zirehli transportyor, təlim-döyüş və nəqliyyat təyyarələri, müxtəlif tipli raketlər istehsal edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.