DÜNYA


İran üzvlük haqqı borcunu ödəyərək BMT-də səs hüququnu qaytarıb

Bakı, 23 yanvar, AZƏRTAC

İran Cənubi Koreya banklarında dondurulmuş aktivləri hesabına BMT-yə olan üzvlük haqqı borcunu ödəyərək təşkilatda səs hüququnu özünə qaytarıb.

AZƏRTAC xəbər verir ki, bu barədə ISNA agentliyi İranın BMT yanında daimi nümayəndəsinə istinadla məlumat yayıb. BMT-də səs hüququ İrana bazar ertəsi günü qaytarılmalıdır.

Həmçinin Bloomberg agentliyinin məlumatına görə, Koreya Respublikası ABŞ-ın müraciəti əsasında bloklanmış aktivlərdən İranın 18 milyon dollar borcunu ödəyib. Ödəniş cümə günü Amerika tərəfinin vasitəçiliyi ilə həyata keçirilib.

Xatırladaq ki, yanvarın 12-də Venesuela, İran, Sudan və bir sıra digər ölkələrin nümayəndə heyətləri üzvlükhaqqı borcları səbəbindən BMT Baş Assambleyasında səs hüququndan məhrum edilmişdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.