Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

İranda yaşayan türkdilli xalq-Şahsevənlər

Tehran, 8 aprel, AZƏRTAC

Bir neçə əsr əvvəl olduğu kimi, bu gün də onlar özlərinin mal-heyvan sürüləri ilə qışda arana, yayda isə yaylağa köçərək köçəri həyat tərzlərini davam etdirirlər.

Söhbət İranda yaşayan türkdilli xalqlardan olan Şahsevənlərdən gedir. Ötən əsrlərdən fərqli olaraq tayfanın nümayəndələri artıq dəvə, atlar və ulaqlarla deyil, yük maşınları ilə hərəkət edirlər. İlin 7 ayını İrandakı Savalan dağının ətəyində keçirən şahsevənlər qalan ayları Muğan düzünə enərək qışın çıxmasını gözləyirlər. Həddən artıq qonaqpərvər və məğrur olan şahsevənlərin sayı haqqında dəqiq məlumat olmasa da, iranlı araşdırmaçı jurnalist Leyla Noruzinin yazdığına görə müasir İranda 1 milyon 500 minə yaxın şahsevən var. Onlar İranın Şərqi Azərbaycan, Ərdəbil, Qəzvin və Zəncan vilayətlərində yaşayırlar, Azərbaycan dilinin Muğan dialektində danışırlar, İslamın şiə təriqətinə mənsubdurlar. Əsasən, heyvandarlıqla məşğul olan tayfanın nümayəndələri ildə bir dəfə dövlətə vergi ödəyirlər. Hər ailə təxminən 1000 baş qoyun saxlayır. Ev heyvanlarının sayı 1000 dən aşağı olan ailə kasıb ailə hesab edilir. Kişiləri yaxşı at çapmaqları, ov etmələri, qadınları isə rəngli və güllü paltarları ilə seçilirlər. Qadınlar köç zamanı yığdıqları bitki və böcəklərdən əlvan boyalar hazırlayıb kustar üsulla istehsal etdikləri yun və ipləri boyayırlar. Bu iplərdən çox gözəl xalça, tirmə, palaz, kilim və başqa ev əşyalar toxuyurlar.

Natural təsərrüfat quran şahsevənlər yaxın şəhərlərin bazarına diri heyvan gətirib satır və sənaye malları alıb qış üçün ehtiyat yaradırlar. Şahsevənlərin yaşadığı yerlər dağlıq və dağətəyi vilayətlər olduğu üçün qış vaxtı yağan qar yolların bağlanmasına səbəb olur. Odur ki, onlar hər yayda qış üçün yaxşı hazırlıq görürlər.

Şahsevənlərin mənşəyi haqqında tarixi mənbələrdə qeyd olunur ki, XVI əsrdə Səfəvi dövlətinin hökmdarı Şah Abbas vaxtilə dövlətin əsasını yaratmış qızılbaşlar tayfasının özbaşınalığından ehtiyat etməyə başlayır. Bu tayfanın feodalları mərkəzi hakimiyyətə tabe olmaq istəmədiklərini açıq-aşkar şəkildə büruzə verirdilər. Odur ki, Şah Abbas özünə sadiq olan bir neçə tayfanı birləşdirərək hakimiyyətinin mühafizəsini onlara tapşırır. Bu tayfaların başçıları şaha həddən artıq dərəcə sadiq olduqları üçün onları “şahsevən” adlandırırlar. Səfəvi dövlətinin süqutundan sonra İranın müxtəlif bölgələrinə yayılan şahsevənlər köçəri həyat tərzi sürməyə başlayırlar. Şah Abbasın mirzəsi İsgəndər bəy Türkmən 1025-ci ildə yazdığı “Tarixi aləm araye Abbasi” (Dünya tarixində şah Abbasın yeri) əsərində yazıb ki, Şah Abbasdan sonra heç bir hökmdara boyun əymək istəməyən şahsevənlər dağlarda sərbəst yaşamağı hər şeydən üstün tutdular. Şahsevənlər 1926-cı ildə Pəhləvi rejiminin torpaq islahatlarına qarşı üsyan etmişdilər. Şah şahsevənlərin heç kimə tabe olmayaraq köçəri yaşamalarını rejim üçün təhlükə hesab edərək torpaqlarını əllərindən alıb, onları əyalət şəhərlərinə və kəndlərə köçürüb oturaq həyata məcbur etmək istəyirdi. Üsyan qəddarlıqla yatırıldı. Şahsevənlərin bir hissəsi kəndlərdə oturaq həyata məcbur edildi. Lakin böyük bir hissəsi isə islahatlarla razılaşmayaraq köçəri həyatlarını davam etdirdilər.

Leyla Noruzi yazır ki, hələ islahatlardan əvvəl şahsevənlərin başçısı Nurullah bəyi İran şahı Tehrandakı sarayına dəvət edib onunla söhbət edir. Söhbət əsnasında şah soruşur: güc nədədir? Nurullah bəy cavab verir: barıtda, Şah soruşur məmnunluq nədədir? Nurullah bəy cavab verir: ətdə, Şah soruşur kimin qadınları daha gözəldir sənin yoxsa mənim? Nurullah bəy cavab verir: mənim. Şah Nurullah bəyin cəsarətindən əsəbləşərək deyir: Niyə belə düşünürsən? Nurullah bəy cavab verərək deyir ki, əgər sənin və mənim qadınlarımı yağışın altında saxlasaq, yağış suyu sənin qadınlarının üzündən bəzəyi, mənim qadınlarımın üzündən isə tozu yuyacaq, onda kimin qadınlarının daha gözəl olduğu müəyyən olacaq. Şahsevən qadınları gözəl olduqları kimi də cəsarətlidirlər. İsgəndər bəy Türkmən öz əsərində yazıb ki, şahsevən tayfasının qadınları kişilərlə bərabər at çapmağı və ox atmağı çox yaxşı bacarırlar. Səfəvi dövlətinin apardığı müharibələrdə qadınlar da iştirak edərək düşmənə qarşı məğrurluqla vuruşurlar.

Pəhləvi rejimi 1930-cu illərə şahsevənlərə qarşı daha ciddi repressiv tədbirlər görməyə başladı. Tayfa başçıları həbs olundu, bəziləri sürgün edildi, onlara məxsus torpaqlar əllərindən alındı, alaçıqları yandırıldı. İqtisadi çətinliklər şahsevənlərin böyük hissəsinin oturaq həyata keçməsinə səbəb oldu. Şahsevənlərin 1979-cu ildə baş vermiş İran İslam İnqilabının fəal iştirak etmələri də təsadüfi deyil. Yuxarıda qeyd etdiyimiz kimi Pəhləvi rejimi onların hüquqlarını və azadlıqlarını heç vaxt tanımırdı.

Bu gün İranda yaşayan çoxsaylı xalqlardan biri olan şahsevənlər dövlətin və ictimai həyatın bütün sahələrində fəal iştirak edirlər. Onlar İranın tamhüquqlu vətəndaşları kimi seçib-seçilmək hüququna malikdirlər. Şahsevənlərin bir hissəsi isə yenə də Savalan dağının ətəyində və Muğan düzündə köçəri həyatlarını davam etdirirlər. İnqilabdan sonra İranın yeni hakimiyyətinin “şah” sözündən xoşu gəlmədiyi üçün şahsevənlərə “elsevənlər” deməyə başladılar.

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

NİİM: Piyadalar yolu keçərkən diqqətli olmalıdır

Aqrar sığorta ekspertlərinin hazırlığı üzrə təlimlər keçirilib

Kamran İmanov: Əqli Mülkiyyət Agentliyində “açıq reyestr” prinsipi tətbiq edilir

“Gəncə”nin baş məşqçisi: Futbolu da basketbol qədər izləyirəm

Azərbaycan-Rusiya dövlətlərarası münasibətlərində Heydər Əliyev amili ŞƏRH

Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu – GDU-da tədbir

Professor Kamran İmanov: Patentləşdirilmə ilə bağlı ötən il Agentliyə 302 iddia sənədi daxil olub

Milli Kitabxanada görkəmli yazıçı Mir Cəlal Paşayev haqqında silsilə materiallar hazırlanıb

Agentlik sədri: 2023-cü ildə 37 kompüter proqramı qeydiyyata alınıb

Kamran İmanov: Ötən il müəllif hüququ obyektlərinin qeydiyyatına aid vəsatətlər 713 əsər olduğu halda, 717 şəhadətnamə verilib

Azərbaycanın daha 3 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa YENİLƏNƏCƏK

FHN: Ötən sutka 42 halda yanğına çıxış olub, 7 nəfər xilas edilib

Xocavənddə partlayıcı vasitələr aşkarlanıb

Çin də yeni texnologiya əsasında beyin çipini təqdim edib

Samir Abasov “Barselona”nın prezidenti ilə görüşüb

Çernobıl hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi gücləndirilib

Böyük yazıçı, alim və pedaqoq

“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb VİDEO

Dünya birjalarında neft bahalaşıb

“Azeri Light” markalı neft ucuzlaşıb

® Dünyada “DXOmark”dan 5 qızıl medal əldə edən ilk smartfon “HONOR Magic6 Pro”

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dan “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı