DÜNYA


İraqda İŞİD silahlılarının hücumu nəticəsində iki polis generalı həlak olub

Bakı, 22 oktyabr, AZƏRTAC

Bu gün Bağdaddan şimalda İŞİD silahlılarının hücumu nəticəsində İraq federal polisinin iki generalı həlak olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Shafaq News portalı ölkənin güc strukturlarındakı mənbələrə istinadla məlumat yayıb. Mənbələrin məlumatlarına əsasən, terrorçuların qurduğu pusquda Federal polisin 4-cü briqadasının komandanı general Əli əl-Lyami öldürülüb. Onunla birlikdə güc strukturunun daha 6 əməkdaşı – döyüş əməliyyatlarına cavabdeh briqada generalı Məhəmməd Alaui və 5 mühafizəçi də həyatını itirib.

İraq DİN-in başçısı Yasin əl-Yasiri komandanın ölüm faktını təsdiqləyib.

Generalların hərəkət etdiyi avtomobil karvanının yolu üzərində partlayıcı qurğunun işə düşdüyü və bundan sonra İŞİD qruplaşmasının hücuma keçdiyi bildirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.