İDMAN


İrlandiya və Azərbaycan milli komandalarının start heyətləri açıqlanıb

Bakı, 4 sentyabr, AZƏRTAC

Futbol üzrə Azərbaycan millisi bu gün dünya çempionatının seçmə mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək.

AZƏRTAC xəbər verir ki, millimiz A qrupundakı dördüncü oyununda İrlandiya yığmasının qonağı olacaq. Dublin şəhərindəki “Aviva” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Artıq komandaların start heyətləri açıqlanıb.

İrlandiya yığmasının start heyətində Qavin Bazunu, Şeymus Koulman, Şeyn Daffi, Con Eqan, Joş Kullen Mett Doerti, Ceyson Molumbi, Jayson Molumby, Aaron Connoly, Troy Parrot və Adam İdah yer alıblar.

Azərbaycan millisinin heyətində meydana Şahruddin Məhəmmədəliyev, Höccət Haqverdi, Maksim Medvedev, Elvin Bədəlov, Anton Krivotsyuk, Emin Mahmudov, Qara Qarayev, Toral Bayramov, Mahir Emreli, Filip Ozobiç və Namik Ələskərov çıxacaqlar.

Matçı Fransadan olan FIFA referisi Jerom Brisar idarə edəcək. Ona yan xətt hakimləri Benjamen Pejes və Ervan Finjan köməklik göstərəcəklər. Dördüncü hakim funksiyasını Mikael Lezaj yerinə yetirəcək.

Qeyd edək ki, 3 oyundan sonra xalı olmayan İrlandiya və Azərbaycan yığmaları 4-5-ci yerləri bölüşürlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.